Cəmiyyət

Eşq nədir? Onun ötəri hisslərdən fərqi nədir?

14 Mart 2018 21:10
1 Şərh     Baxış: 12 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən insanın özündən asılı olmadan, daxilində bir hiss yaranır. Ancaq bilmir ki, bu, eşqdir, yoxsa həvəsdir?

Ona görə gərək baxaq, görək eşq nədir, həvəs nədir?

Eşq - dərin bir hissdir ki, insanı məşuquna tərəf cəzb edər və ondan ayrılmağa taqəti çatmaz. Aşiq üçün öz hal və ləzzətləri mühüm deyildir, onun tək istədiyi şey - məşuqun istəklərini yerinə yetirməkdir. Eşqin izzət və ehtiramı vardır. Bu ehtiram isə eşqin böyüklüyündən meydana gələr. Aşiq heç bir zaman özünü həqir görməz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq həvəs o hissdir ki, ilkin baxışda eşqlə səhv salınır. Halbuki, ani və keçici olan bir hissdir. Onu cəzb edən şey - ləzzətdən başqası deyildir. Ona görə də bu həvəs şeytandandır.

Eşqlə həvəsin fərqi:

1. Həvəs - cismi və ruhi ehtiyaca cavab verməkdir. Suya, oksigenə olan ehtiyac kimi. Ancaq eşq bu cür ehtiyacdan daha yüksəkdədir. Eşq insanı inkişaf etdirər və istedadlarını üzə çıxardar. Çünki aşiq insan özünü həqir etməz və alçaltmaz. Eşq izzət və ehtiram gətirər.

2. Eşq məşuqu zindana salmaz və əsir etməz. Əksinə, eşq - azad edəndir. Əgər sevdiyimiz insanı məcbur etsək ki, ancaq bizim haqqında düşünsün, ancaq bizi görsün - o zaman onu özümüzə məhdud etmiş olarıq. Bu, eşq deyildir, həvəsdir. Bizi başqa birindən asılı etmişdir.

3. Eşqdə heç bir zaman sui-zənn olmaz. Eşq - bir etimaddır və əminlikdir. Bu hiss də məşuqu tanıyandan sonra meydana gələr.

Ona görə də pak eşqi heç bir zaman şeytani həvəslə səhv salmayın və onları bir-birindən ayırmağa çalışın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.