Cəmiyyət

Ziya Bünyadov prospektində minik maşını yanıb - FOTO

12 Mart 2018 23:42
0 Şərh     Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində "AzSamand" markalı markalı minik avtomobili yanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan "10-TD-109" maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.

Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Hadisə nəticəsində yolda sıxlıq yaranıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.