Cəmiyyət

Borcu qaytarmaq niyyəti olmadan borcu alan, oğru hesab edilir

15 Fevral 2018 21:20
0 Şərh     Baxış: 804

Müsəlman qardaşına borc vermək - İslamın sünnətlərindəndir ki, müstəhəb əməllərdən hesab olunur.

Həzrət Peyğəmbərin (ə) və başqa Məsum İmamların (ə) bununla bağlı tövsiyələri vardır. Belə ki, Peyğəmbər (s) maddi imkanı olub, borc vermək istəməyənlərə buyurur: "O kəs ki, müsəlman qardaşına borc verməmək üçün üzünü döndərər və imkanı olduğu halda onun istəyini təmin etməz - Allah onu behiştdən məhrum edər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əziz Peyğəmbərin (s) həm borc alana və həm də borcu verənə gözəl nəsihəti vardır ki, Həzrət (s) bu nəsihətində buyurur: "Necə ki, o kəsin səndən aldığı borcu yerinə yetirməyini təxirə salması caiz deyildir, sənin üçün də caiz deyildir ki, onun yoxsul olduğunu bilə-bilə ondan tələb edəsən".

İmam Rza (ə) buyurur: "O kəs ki, borcu qaytaracağı qəsdi ilə borc alar, onu əda edənəcən Allahın amanında olar. Ancaq onu sahibinə qaytarmayacağını qərara alarsa, oğru hesab olunur".

İmam Rza (ə) bu mövzuda incə bir nöqtəyə toxunur ki, o kəs ki, borc alar və niyyəti onu qaytarmaq olmazsa, bu şəxs oğru hökmündə gedər. Əgər borc alanların çoxu bu cür rəftar edərsə, cəmiyyətin üzvləri arasında etimad qalmaz və bu əməl cəmiyyəti məhvə doğru tərəf aparar.

Həzrət Peyğəmbər (s) borc verən şəxsə ikinci nəsihət verərək buyurur: "Hər kim duasının qəbul olmasını və qəminin aradan getməsini istəyir -  gərək yoxsula (borc alana) möhlət versin".

Peyğəmbərimiz (s) borc alana da məsləhət verərək buyurur: "Borcu az alv ki, azad olasan".

İmam Əli (ə) buyurur: "Qənimət bil o kəsi ki, zəngin olduğun zaman səndən borc alar və yoxsul olacağın zaman (Qiyamət günü) ödəyər".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.