Cəmiyyət

Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq

26 Noyabr 2017 15:28
0 Şərh     Baxış: 1 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Bakcell mobil rabitə operatoru abonent balansından istifadə etməklə ödəmə xidməti servisinin buraxılma imkanını nəzərdən keçirir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə şirkətin icraçı direktoru Nikolay Bekers deyib.

Onun sözlərinə görə, bu xidmət artıq bir sıra ölkələrdə tətbiq edilir. Şirkətin icraçı direktoru bildirib: "Azərbaycanda belə bir xidmət hələ mövcud deyil. Bu, bir sıra requlyator və hüquqi məsələlərin lazımi şəkildə olmaması ilə şərtlənir. Hazırda biz ideaların formalaşdırlıması mərhələsindəyik ki, bu layihə Azərbaycanda da həyata keçirilsin".

Daha sonra N.Bekers əlavə edib: "Qeyd edim ki, bizdə artıq mikrofinans layihəsi vardır ki, bunun çərçivəsində böyük olmayan ödəmələri həyata keçirmək mümkündür. Hazırda biz bu məsələnin üzərində işləyirik ki, onun genişləndirməklə təşəbbüsü böyüdək. Yəni hazırda biz layihə mərhələsindəyik, konkret nəticələrdən danışmaq hələ tezdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.