Cəmiyyət

Nəsimi kafir olub?

16 Noyabr 2017 22:45
64 Şərh     Baxış: 7 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəziləri deyir ki, Nəsimi kafir olub. Bu fikir doğrudurmu?

İmadəddin Nəsimi İslam mədəniyyətinin görkəmli simalarından biridir. O, müsəlman olmuşdur. Əsərləri, həyat və fəaliyyəti də bunu sübut edir. Əlbəttə, bir çox təsəvvüf xadimləri kimi Nəsiminin də düşüncələrində ənənəvi İslam dünyagörüşünə uyğun gəlməyən bəzi məqamların olması mümkündür. Milli.Az islam.az-a istinadən bildirir ki, Nəsimi həm siyasi, həm də dini-əqidəvi mənada qarışıq bir zamanda və mühitdə yaşayıb. Onu ənənəvi dini düşüncədən fərləndirən məqamlar hürufi təliminə bağlı olması ilə əlaqədardır. Vəhdəti-vücud, mürşidə (təriqət şeyxinə) ifrat bağlılıq, hərflərə və rəqəmlərə həddən artıq diqqət yetirib rəmzi mənalar vermək kimi məsələlərə fərqli baxış tərzi hürufiləri ənənəvi müsəlmanlardan ayırırdı. Qeyd edək ki, bəzi araşdırmalara görə Nəsiminin əsrlər boyunca Əməvi düşüncəsinin mərkəzi sayılmış Şamda (Suriyada) qətl edilməsində onun şiə əqidəsinə inanması da müəyyən qədər rol oynamışdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.