Cəmiyyət

Salyanda 68 yaşlı qadın ağır yaralandı

23 Sentyabr 2017 23:43
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda baş verən qəzada 68 yaşlı qadın ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 1943-cü il təvəllüdlü Əhmədov Həmid Yusif oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil  "Mercedes" markalı avtomobillə toqquşub.  Nəticədə  "VAZ 2106" markalı avtomobildə olan sərnişin, 1949-cu il təvəllüdlü Eyvazova Cəmilə Hüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib. VAZ 2106  markalı avtomobilin sürücüsü və digər 2 sərnişin yüngül xəsarətlər alıb.
 
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.