Cəmiyyət

Gəncədə ana və övladını maşın vurdu, ana öldü - FOTO - YENİLƏNİB

20 İyul 2017 23:09
4 Şərh     Baxış: 2 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:09

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.
 
Qeyd edək ki, "Mercedes" qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb. 
 
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

22:59

Gəncədə yol qəzası baş verib.

Milli.Az ARB Kəpəz-ə istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Yolu keçən ana və övladı "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Nəqliyyat vasitəsi daha sonra "Daewoo" markalı avtomobilə çırpılıb. Sürücü dərhal yaralıları şəhərdəki xəstəxanalrdan birinə aparıb. Göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının vəziyyəti isə ağır qiymətləndirilir. Sürücü hadisədən sonra polisə təslim olub.

Faktla bağla araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.