Azərbaycan paytaxtında qanunsuz fəaliyyət göstərən xeyli sayda loto oyun zalları aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumatda bildirilir ki, qanunsuz fəaliyyət göstərən kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirən obyekt və əyləncə yerlərinin aşkar edilməsi istiqamətində paytaxt polisi mütəmadi reydlər həyata keçirir. Həmin reydlər zamanı fəaliyyət göstərən bir neçə obyekt tamamilə ləğv edilib.
BŞBPİ-ə Xətai rayonu ərazisində yerləşən "Nilufər" şadlıq sarayının binasında loto oyunlarının oynanılması ilə bağlı məlumat daxil olub və bu qanunsuzluğun qarşısının alınaraq müvafiq tədbirlərin görülməsi xahiş edilib. İdarəyə daxil olan müraciət əsasında BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin (İcTİ) əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Şadlıq sarayının birinci mərtəbəsində çay evi kimi fəaliyyət göstərən otaqların birində loto oyunun oynanılması faktı aşkar edilib. Həmin oyunun təşkilatçısı Ramin Kərimov oyun əşyaları ilə birlikdə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə aparılıb və məlum olub ki, o, loto oyunları təşkil etmək üçün çay evi işlətmək adı ilə həmin obyekti hər ay üçün 1800 manata icarəyə götürüb. Görülmüş tədbirlər zamanı oyunu təşkil edən R. Kərimov İnzibati Xətalar Məcəlləsinin 309-cu (pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə) maddəsi inzibati məsuliyyətə cəlb olunub. Daha sonra iyunun 26-da BŞBPİ-nin İcTİ-nin əməkdaşları tərəfindən həmin yerə təkrarən baxış keçirilib və qanun pozuntusu qeydə alınmayıb.
Analoji təbdirlər Yasamal və Binəqədi rayonlarında da həyata keçirilib. Yasamal rayonu Z. Əhmədbəyov küçəsi, 7 ünvanında Eldəniz İsmayılov və Anar Ələkbərova məxsus çay evində fəaliyyət göstərən obyektə baxış keçirilib, orada da loto oyunlarının keçirildiyi aşkar olunub. Həmin gün polis əməkdaşları sözügedən rayon ərazisində Hüseyn Hüseynovun da çay evində loto oyunları keçirdiyini aşkar ediblər. Obyekt sahibləri ərazi üzrə 27-ci və 29-cu Polis Bölmələrinə gətirilərək inzibati məsuliyyətə cəlb olunublar.
BŞBPİ-nin İcTİ-nin əməkdaşları Xətai rayonun ərazisində fəaliyyət göstərən daha bir loto oyunu təşkil edilən çayxananın fəaliyyət göstərməsi ilə bağlı məlumat alıb. Mayın 18-də Xudu Məmmədov küçəsində Elçin Qəmbərovun çay evində loto oyunlarının təşkil edildiyini müəyyən ediblər.
İyunun 17-də Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları Ə. Naxçıvani küçəsi 7 ünvanında "Məkan" çay evində Vüsal Salmanovun da loto oyunu təşkil etdiyini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, V. Salmanov bundan əvvəl də məlum fakt üzrə inzibati məsuliyyətə cəlb olunub. Lakin o, həmin obyektdə yenidən loto oyunlarının keçirilməsini təşkil edib. İyunun 24-də BŞBPİ İcTİ və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə həmin yerə baxış keçirilib və loto oyunlarının keçirilməsi öz təsdiqini tapdıqdan sonra müvafiq ölçü götürülüb.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda qanunsuz fəaliyyət göstərən loto oyun zalları aşkarlanıb
1 İyul 2011 17:04
Baxış: 2 361

DİGƏR XƏBƏRLƏR
-
Yoldakı problemə görə sürücü xərcə düşdü - Kim cavabdehdir? - AÇIQLAMA
-
Günün qoroskopu: İşdə diqqətli davranmaq vacibdir
-
Bu ərazilərdə işıq olmayacaq
-
Yolda çuxura düşən avtomobilə dəymiş zərəri kim ödəməlidir?
-
Dünyanın fırlanma sürəti artdı - Bu tarixlərdə gün qısalacaq
-
Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO
XƏBƏR LENTİ
-
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
-
Şəxsiyyət vəsiqəsi ilə bağlı vacib AÇIQLAMA: 800 manat…
-
Yoldakı problemə görə sürücü xərcə düşdü - Kim cavabdehdir? - AÇIQLAMA
-
"Sumqayıt"ın baş məşqçisi keçmiş "Qalatasaray"lı olacaq
-
Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir?
-
Bu istiqamətdə olan qatar yolda qaldı
-
Məclisdən çıxmışdı - faciəvi şəkildə öldü
-
"Sən mənim səsimlə nəfəs alırdın"
-
Partlayış səsləri olacaq - MN
-
Yenə KONKAKAF Kubokunun qalibi oldular
-
Türk hərbçilərinin şəhid olduğu o MAĞARA - Yenilənib - VİDEO
-
Istanbulda parkda əxlaqsızlıq edən cütlük saxlanıldı - FOTO
-
Qızının qatilini öz əlləri ilə cəzalandıran ana – Onun ölümünə nə səbəb oldu? - FOTOlar
-
Ərdoğanla görüşdüyünə görə Kreml QƏZƏBLƏNDİ
-
Yəməndə “Qara bayraq” əməliyyatı başladı
-
Eldar Salahova yüksək vəzifə verildi
-
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır - VİDEO
-
Hansı bürclər bütün həftəni “qara zolaq”da olacaq? - Qara günləriniz indi başlayır
-
Həmin qəzada ölən ər-arvadın FOTOsu
-
Azərbaycanda bu valyutalar UCUZLAŞDI, dollar isə...
-
Əməkdar artist: "Fransada Üzeyir Mehdizadəyə görə FƏXR ETDİM" - VİDEO
-
İsrail Livanı BOMBALADI
-
Məşhur şadlıq sarayında FACİƏ: ölən var
-
“Tottenhem”in ulduzu komandadan gedir