Cəmiyyət

Günün qoroskopu: halal mal itməz

6 İyul 2017 00:01
29 Şərh     Baxış: 8 241

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gün sizdən cəsarət tələb edəcək. Sizsə etiraz etməyəcəksiniz. Məqsədinizə çatmaq üçün indi hər şeyə hazırsınız. Maraqlıdır ki, işiniz nə qədər artırsa, enerjiniz də o qədər çoxalır.

Buğa - rəqiblərinizin sizi nəinki ötməyə, heç sizə çatmağa belə, şansları yoxdur. Bir çox şəxsi probleminiz öz-özünə həll olunacaq. Əgər bu gün arxanızca bütün körpüləri yandırmaq istəyi yaransa, heç durmayın, deməli, elə belə də lazımdır.

Əkizlər - istənilən şəraiti öz xeyrinizə çevirə biləcəksiniz. Danışıqlarda uğur sizindir, hətta ən inadcıl skeptikləri haqlı olduğunuza inandıracaqsınız. Yaxınlarınızla münasibətlərinizin necə olacağına bu gün ancaq siz qərar verirsiniz.

Xərçəng - əgər sizin qanınız qaradırsa, onlar da əsəbi və adamayovuşmaz olacaqlar, gülsəniz - güləcəklər. Keçmiş bağlılığınız sevgiyə çevrilə bilər, amma diqqətli olun, yeni romantik münasibətlərə hazırsınızmı?

Şir - özünüz olun, prinsiplərinizi dəyişməyin. Çətinliklərə baxmayaraq, peşənizlə bağlı məsələləri asanlıqla həll edəcəksiniz. Faydalı insanlarla tanış olacaq və vaxtınızı yaxşı keçirəcəksiniz.

Qız - bir az mühafizəkar və diqqətcil olun. Günün ilk yarısı istənilən təcrübə üçün təhlükəlidir. Xüsusilə də özlərini yeni sahədə sınamaq istəyən Qızlar ehtiyatlı olmalıdırlar.

Tərəzi - iş tərəfdaşlarınızla və rəhbərliklə aradakı anlaşılmazlığa son qoya bilərsiniz. Bir az da inad eləsəniz, vəzifənizi qaldıracaqlar. Günün ikinci yarısı sizi çox maraqlı tanışlıq gözləyir. Ciddi deyil, amma xoşdur.

Əqrəb - özgələrinin günahı ucbatından uzanan işləri bitirmək imkanınız var. İdeyalarınız o qədər yaxşıdır ki, çətin ki, kimsə onlarla razılaşmasın.

Oxatan - şəxsi münasibətlər baxımından yaxşı gündür: yaxınlarınızla ünsiyyətə heç nə mane olmur, romantik görüşlər xoş keçir. Hətta indiyədək dil tapa bilmədiklərinizlə də yaxşı anlaşacaqsınız.

Oğlaq - cəsarətli olun, çətinliklərdən qorxmayın. Asan gün deyil, ancaq uğur qazanmaq şansınız da yox deyil. İntizamlı olmağınızdan çox şey asılıdır.

Dolça - Pulları yığmaq zamanıdır. Ancaq gözləmək olmaz ki, əvəlki zəhmətinizin haqqı və ya yatırımlarınızın bəhrəsi özü gəlib sizi tapacaq. Yarını axtaranlar üçün münasib gündür.
Günün devizi: halal mal itməz!

Balıqlar - Yeni iş yerində özünüzü yaxşı tərəfdən göstərməyə tez nail olacaqsınız. Şəxsi həyatınızda sakitlikdir, arada xoş çalarlar da yaranır. Yalqız Balıqlar üçün bu gün yeni həyat başlayır, ağrılı keçmişi unudun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

29 Şərh:

  • Anonim
    1-ci · 6 İyul 00:0130

    L

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 6 İyul 09:1510

      Tebrik edirem hemise 1-de .

      Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 6 İyul 09:3800

      Tebrikler.

      Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 6 İyul 00:0140

    ESRA

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 6 İyul 00:0140

    Cume axsamim uqurla acilsin Amin,

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 6 İyul 09:3800

      Amin baci can.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:0230

    ★★★YENİ GÜNÜNÜZ UĞURLU OLSUN★★★ DOSTLAR--Gününüz ★Şən★Pozitiv★Əyləncəli★Yadda qalan★Mehriban★Xoşbəxtliklə★Sağliqla★Gülümsəyərək★Bol Enerji ilə keçsin ★★İNŞALLAH★★Bu gün de Pis xeber eşitdik Allah Ermenileri Lenet elesin İnşallah Amin Ain AMin

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:0400

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~212~✭.✭.✭-ci BÖLÜM--Günün QOROSKOPu

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:0500

    QOÇ ➽emosional baxımdan kasad gün olsa da, iş qabiliyyəti və ambisiyalar güclənir. İş sistemli yanaşma tələb edir.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 6 İyul 09:2410

      Havaynan elaqedar kefim ehvalim yoxdu bele kulekli havalarda ozumu cox pis hiss edirem.

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 6 İyul 10:5600

        Menim de hec 2 gundur kefim yoxdur :(((

        Cavab yaz
        • Anonim
          Esra ibrahimli (Samaxi) · 6 İyul 11:1820

          Niye qardas cann. Bu gun hava sehivesinde havamizi duzeltek menim keyfim havayla elaqedardi .

          Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:0620

    BUĞA ➽Şəxsi münasibətlərdə təşəbbüskar olun, yeni yollar arayın. Sevdiyiniz insan sizdən xoş sözlər gözləyir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:0800

    ƏKİZLƏR ➽yeni məlumatlarla informasiyalar həyatınızdakı bəzi dəyərlərlə bağlı düşünməyə vadar edəcək. Yeni planların reallaşdırılması üçün daha çox məkan və vaxta ehtiyacınız var.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:0900

    XƏRÇƏNG ➽bir qədər tək qalın, strateji məqsədləri düşünün, işin məqsədi və münasibətlərin mənalarını təhlil edin. Gün ünsiyyət, qəfil görüş və həllər vəd edir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:1000

    ŞİR ➽qarşılıqlı mənfəət vəd edən yeni əməkdaşlığa başlamaq vaxtıdır. Lakin ehtiyatlı olun, çünki enerjiniz ikinci dərəcəli məsələlərin həllinə yönələ bilər.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 6 İyul 00:1100

    hamıyla anlaşmaqı xoşlayıram, umumiyyətlə mehribancılıq cox gözəl nemətdir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:2000

    QIZ ➽yeni planlar və istəklər var. Lakin sizi nə isə geri çəkir, həyata keçməyən və reallaşmayan arzularla ümidləri yada salır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:2100

    TƏRƏZİ ➽maneələrlə sədləri aradan qaldıraraq yaxın ətrafınızdakı insanlara başa salın ki, sizə mane olmasınlar.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:2200

    ƏQRƏB ➽problemlər çətinləşir, situasiya isə inkişaf və transformasiya istəyir. Ambisiyalarınız arta bilər. Vurnuxmaya çox fikir verməyin.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:2300

    OXATAN ➽mənasız hay-küy, aktivlik az olmaycaq. Lakin məlumatları və gələn informasiyaları süzgəcdən keçirməklə onların arasında dəyərli nə isə aşkarlaya bilərsiniz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:2400

    OĞLAQ ➽diqqəti bir mövzuda, bir işdə cəmləşdirin. Günün ikinci yarısı işgüzar görüşlər və danışıqlar üçün faydalıdır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:2600

    DOLÇA ➽mövcud şərtlər sizi qıcıqlandıracaq. Rəqiblərin əməllərinə fikir verməyin, tərəfdaş və ya həmkarlarla fəaliyyətinizin nizamlanmasına çalışın.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 6 İyul 00:2700

    BALIQ➽tələsməyin, işlərin hamısını eyni vaxtda görməyə çalışmayın. Bir qədər fasilə edin.

    Cavab yaz
  • Anonim
    "-" · 6 İyul 01:2200

    Ele ona göre de bezen mecburiyyet qarşisinda qalirsan.Aglayanda...gülürsen.

    Cavab yaz
  • Anonim
    // · 6 İyul 01:3500

    Men de demişem de yigimcil ol, bedxerc yox.

    Cavab yaz
  • Anonim
    Eli Proqnoza · 6 İyul 10:2186

    Dindar ne vaxtdan qoroskopla oturub durub ? birden muneccim zad cixarsan haaa . Men ele adinin yanina proqnoz sozunu yazmagindan evvelceden subhelenmisdim ) nc nc nc

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 6 İyul 10:5325

      2 gundur hec kefim yoxdur Sende bir terefden Kefimiz pozaa get isinle mesgul ol.

      Cavab yaz
  • Anonim
    Nara · 6 İyul 10:4601

    raziyam.qoclarda yukle serf olunacaq enerji duz mutenasibdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.