Cəmiyyət

"Suyun içində üzürük" - Leysan ciddi fəsadlar törətdi - VİDEO - FOTO

9 İyun 2017 18:00
0 Şərh     Baxış: 7 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında yağan güclü leysan yağışları Şamaxı sakinlərinə çətin anlar yaşadıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Magistral yolları su basıb, sel suları iri çay daşlarını yuyaraq magistral yola töküb, nəticədə sürücülərin gediş-gəlişi çətinləşib. Şamaxının Kür-Araz qəsəbəsində yaşayan Qurbanov Novruza məxsus evi də su basıb. Həyətin hasarı uçub, əkilən bostan bitkilərini isə sel yuyub aparıb. Qurbanov Novruzun dediyinə görə, hər dəfə güclü yağış yağanda çətinliklə üzləşir. Buna səbəb isə evinin çökəkdə yerləşməsi və kanalizasiya sisteminin olmamasıdır.

Novruz Qurbanov - Sakin: "Bu ikinci dəfədir ki, evimi su basıb. 25 manata şitil almışam. O ştilin biri də yoxdur".

Vəzxanım Şıxəliyeva - Sakin: "Suyun içində üzürük. Əkinim də belə getdi, toyuq-cücəm də belə getdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.