Hansı peşəni seçməli? Bu sual hər bir insanı, əsasən də gəncləri çox düşündürür. Düzgün peşə seçmiş insanın yaradıcılığa meyli güclənir, karyerada irəliləmək imkanı genişlənir. Bəyənmədiyin, sevmədiyin işi yerinə yetirmək çox çətin, ağır və maraqsız olur, adam işdən yorulur, bezir, işin nə vaxt qurtaracağını səbrsizliklə gözləyir, kollektivdə narazılıq yaranır. İşaxtaranlar, xüsusilə gənclər vaxtında öz qabiliyyətlərini müəyyənləşdirə bilmədikdə, peşələr haqqında düzgün məlumatlandırılmadıqda uzun müddət həyatda öz yerlərini tuta bilmirlər.
Bəs peşəni necə seçməli?
Ekspertlərin fikrincə, son illər Azərbaycanda iqtidsadi yönümlü peşələrə maraq artıb. Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, son illər bank işi, menecer, bununla paralel olaraq mühəndislik, xüsusilə informasiya texnologiyaları mühəndisliyi, tibb sahəsində yaxşı ixtisaslaşmış həkimlik ən perspektivli peşələr hesab olunur.
Onun sözlərinə görə, universitet məzunlarının karyera seçimlərinə baxan zaman, daha çox bu sahələr ön plana çıxır. Hümanitar yönümlü peşələr haqda isə təəssüflər olsun ki, bu fikri söyləmək mümkün deyil. Sosioloq, fəlsəfə, beynəlxalq münasibətlər, pedaqoji ixtisaslarına nədənsə maraq azalıb. Bu ixtisas üzrə ali məktəb məzunlarının hansısa işə düzəlməsində böyük problemlər ortaya çıxır.
Ə.Süleymanlı deyir ki, bir vaxtlar dəbdə olan hüquq fakültəsinin sovet dövrü ilə müqayisədə insanlar arasında nüfuzunu itirdiyinin şahidi oluruq. Bəzi valideynlər övladlarının həmin peşəni seçməsini istəsələr də, reallığa baxanda görürlər ki, bunun perspektivi yoxdur. Məcbur olub mövcud reallıqla uyğunlaşaraq, övladlarını daha çox perspektiv vəd edən peşəyə yönəldirlər.
"Bizdə peşə seçiminə istər valideynlərin yönləndirməsi, istərsə də müəlimlərin proqramlar hazırlanmasında böyük əksikliklər var. Elə sahələr var ki, orada həqiqətən də böyük mütəxəssisə ehtiyac var. Ancaq həmin peşələrə nə abuturiyent gedir, nə də valideynlər yönəldir", - deyən Ə.Süleymanlı hesab edir ki, bunun obyektiv və subyektiv səbəbləri var. Çünki, cəmiyyət və dövlətdə də bu peşələr lazım olan nüfuzunun qazanmayıb. Ona görə də valideynlər məsələyə praqmatik yanaşaraq daha perspektiv vəd edən peşələr seçirlər.
Sosioloqun fikrincə, gələcəyi layihələrşdirən, proqramlaşdıran sosial mühəndislərə, idarəetmə sahəsindəki mütəxəsisslərə böyük ehtiyac var. Sosial problemlər, konfliktlər, ailə münaqişələrin sayı artır, ancaq bu peşəni ya seçən yoxdur, ya da əlacsızlıqdan seçirlər.
"Peşə seçiminin fərdi və ictimai tərəfi var. Əfsuslar osun ki, bizdə ictimai tərəf nəzərə alınmır. İnsanlar daha çox peşənin fərdi tərəfini nəzərə alırlar ki, bu ixtisasını başa vurduqdan sonra özümə necə karyera qura bilərəm. Amma çox az insan idealist olaraq düşünür ki, ölkəm, millətim üçün necə yardımçı ola bilərəm. Bu da peşə seçimində problemli tərəfdir", - deyə Ə.Süleymanlı əlavə etdi.
Sosioloq ən perspektivli və perspektivsiz peşələri sadaladı.
Perspektivli peşələr:
-Bank işçisi,
-Kompyuter mühəndisi
-İT mühəndisi
-Qida sahəsində mütəxəssis,
-Mailiyyə sahəsi
-İxtisaslaşmış həkimlər
-Sənaye mühəndisləri
Perspektivsiz peşələr:
-Beynəlxalq münasibətlər,
-Sosial və humanitar sahələr,
-Pedaqoji ixtisaslar
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Milli.Az xəbər portalına açıqlamasında ən perspektivli peşələrin hansı olması məsələsini daha da konkretləşdirdi. TQDK rəsmisi bildirdi ki, hansı peşələrin perspektivli olmasını Azərbaycan dövlətinin müəyyənləşdirdiyi ixtisaslar üzrə təyin etmək olar.
Onun sözlərinə görə, "Azərbaycanda xaricdə təhsil üzrə Dövlət Proqramı" var və gənclər 2007-2015-ci illərdə dövlət hesabına Avropanın nüfuzlu ali məktəblərinə oxumağa göndərilir:
"Həmin ixtisaslar arasında informasiya texnologiyaları sahəsində, dəqiq elmlər, neft sahəsi, iqtisadiyyatin müəyyən sahələri üzrə üstünlük təşkil edir. Həmin proqram üzrə seçilənlərin müəyyənləşdirilməsində, təhsil və iqtisadi inkişaf nazirliklərinin mütəxəssilərindən ibarət müsabiqə komissiyası işləyir. Bu zaman dövlətin yaxın gələcəkdə daha çox hansı sahəyə ehtiyacının olması nəzərə alınır.
Eləcə də yerli ali məktəblərimizə ayrılan plan yerlərinin sayında da bunu sezmək olar. Eyni zamanda əmək bazarında bizə hansı sahədə kadr ehtiyacı olmasını müəyyən etmək mümkündür. Elə sahələr var ki, həmin yerlərə xaricdən mütəxəssis dəvət olunur. Həmin sahələr üzrə ölkədə diplomlu adamlar var, amma diplom şərt deyil, mütəxəssislər lazımdır".
E.Nağızadə qeyd etdi iki, son illər perspektiv vəd edən sahələrə meyllənmələr olsa da, bu kifayət qədər deyil. Abituryentlərin maraqları yalnız əmək bazarının tələblərini nəzərə alaraq formalaşmır. Daha çox sosial baxışlar və ənənələr rol oynayır. Hələ də "mən bu ixtisası oxusam qonşum nə fikirləşər" kimi düşüncələr üstünlük təşkil edir.
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda ən perspektivli peşə hansıdır? - SİYAHI
14 İyun 2011 09:45
Baxış: 5 178

DİGƏR XƏBƏRLƏR
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? – Qızı hər şeyi açıqladı
-
Günün qoroskopu: Arzularınızın yol xəritəsi qəlbinizdədir
-
Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq
-
Bakıda məzun qızın rəqs VİDEOsu 2 milyon izlənildi
-
Azərbaycanda çoxlarının istifadə etdiyi bu lezva SAXTA İMİŞ - VİDEO
-
Azərbaycanda su qıtlığı gözlənilir? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
Oğlan körpələrində səssiz təhlükə - Sonsuzluğa səbəb olur
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? – Qızı hər şeyi açıqladı
-
Gələcəkdə transplantasiya üçün donuz orqanları mümkün ola bilər
-
Sürücülər üçün əhəmiyyətli xəbər
-
Aygün Kazımovanın qızını görənlər tanımadı - FOTOlar
-
Paşinyan erməni milyarderin "qələmini qırır"
-
Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edir
-
Telefon yaddaşınız dolubsa bunları edin - Şəkil və video silmədən...
-
Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və Proqnozlar
-
Süleyman Süleymanova vəzifə VERİLDİ
-
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan etdi
-
Mahir Emrelinin yeni klubu açıqlandı
-
Elektrikli skuter sürənlərə xəbərdarlıq - VİDEO
-
7 dəqiqəyə İsrailə çatan "Sacil"... - VİDEO - FOTO
-
Günün qoroskopu: Arzularınızın yol xəritəsi qəlbinizdədir
-
"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"
-
Hayfa limanı niyə vuruldu? - ABŞ və Çin gözləmədə
-
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda yazılan sözlər...
-
Fransa Azərbaycanla bu stadionda oynayacaq
-
Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq
-
Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı
-
İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?
-
İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı - yenilənib
-
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunur - FOTO