Bir sıra böyrək xəstəlikləri və böyrəklərdən kənar patologiyalar böyrək filtirasiyasının azalmasına və ya artmasına səbəb olur.
Böyrək filtirasiyasının azalmasının əsas səbəbləri aşağıdakılardır:
1. Fəaliyyətdə olan nefronların sayının və böyrəyin filtirasiya sahəsinin azalması.
İnsanın böyrəklərində orta hesabla 2mln-a qədər nefron olur, yumaqcıqlarda olan filtirasiya edici kapillyarların ümumi sahəsi isə 1,5-2 kv m-ə bərabərdir. Xronik qlomerulonefrit, böyrək ateresklerozu, pielonefrit və b. xəstəliklər zamanı nefronların bir hissəsi tələf olur və onların yerinin birləşdirici toxuma elementləri əvəz edir. Beləliklə fəaliyyətdə olan nefronların sayı azalır ki, bu da böyrəklərin filtirasiya sahəsinin azalmasına və filtirasiyanın sürətinin azalmasına səbəb olur. Nefronların 80-90%-nin fəaliyyəti pozulduqda orqanizmdə ağır böyrək çatışmazlığı əlamətləri meydana çıxır. Yumaqcıqlarda olan kapilyar endotelinin və damarların orta qişasının proliferasiyası, filtirasiyaedici membranın sklerozlaşması da filtirasiya sahəsinin azalmasına səbəb olan amillərdən hesab edilir.
2. Sidiyin böyrəklərdən axıb getməsini çətinləşdirən amillər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, böyrək daşı xəstəliyi, prostat vəzin xəstəlikləri, sidik axarlarının və sidik kanalının daralması, sıxılması böyrəklərdən sidiyin axmasının çətinləşdirir. Bu zaman böyrəkdaxili təzyiq artır. Böyrəkdaxili təzyiq 40mmc. süt-dan artıq olduqda filtirasiya tamamilə kəsilir və anuriya əmələ gəlir.
3. Böyrək qan dövranında arterial təayiqin azalması zamanı yumaqcıqlarda filtirasiya təzyiqinin azalmasına səbəb olur ki, bu zaman filtirasiya azalır.
4. Böyrək arteriyasının və arteriolların daralması zamanı böyrək yumaqcıqlarına qan az gəlir və bu da filtirasiya sürətinin azalmasına səbəb olur.
5. Qanın onkotik təzyiqinin artması susuzlaşma, damarlara çoxlu miqdar zülal preparatları yeridildiyi zaman baş verir. Bu proses filtirasiya təzyiqi azalır və baş verməsi sürəti ləngiyir.
Filtirasiya sürətinin artmasına səbəb olan amillər:
- gətirici amillərin tonusunun azalması
- böyrəklərdə qan dövranının sürətlənməsi
- aparıcı arteriyaların sürətinin artması
- qanın onkotik təzyiqinin azalması.
Milli.Az
Cəmiyyət
Böyrəklərin süzmə qabiliyyətinin pozulması
10 Dekabr 2016 19:40
0 Şərh
Baxış: 3 847
DİGƏR XƏBƏRLƏR
- Qretaya Vəfa: “ictimai fəal”ın əsl siması göründü
- Günün qoroskopu: İşdə rəhbərlik yeni əməkdaş axtarışına başlayacaq
- Şamaxı rayonunda ağacəkmə aksiyası keçirilib - VİDEO - FOTO
- “İt, pişik, siçan əti yemirik” – Çində yaşayan azərbaycanlı ilə müsahibə
- 14 yaşında ərə verilən qıza aparıcının sualı diqqət çəkdi - FOTO
- Estetik cərrahlarla bağlı şikayət edən həkimlərin FOTOları
XƏBƏR LENTİ
- Niyə daim çay və ya qəhvə içmək istəyirik? - SƏBƏB
- “Qalatasaray”ın ulduzuna qarşı 200 minlik dələduzluq - FOTO
- "Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI - FOTO
- İlham Əliyev Mixail Mişustin ilə görüşdü
- Prezident Şina Ənsari ilə görüşüb - FOTO
- Şahzadə Diananın sürücüsündən illər sonra ETİRAF - FOTO
- İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb - FOTO
- COP29-un ikinci günü nə qədər sərnişin daşınıb?
- "İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam" - VİDEO
- Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib - Riç Lesser
- Ən çox yaşayan it cinsləri - FOTO
- Azərbaycanda tələbə faciəvi şəkildə öldü
- Trampın böyük oğlu vəzifəsindən imtina etdi
- COP29 inkişaf etməkdə olan ölkələr üçün şərait yaradır - Keniyanın Baş naziri
- "Qalatasaray"dan ayrıldı - bu kluba getdi
- Prezident ruandalı həmkarı ilə görüşüb - FOTO
- Ronaldinyo COP29-da pavilyonları ziyarət edib - VİDEO - FOTO
- "Mən sənətdə olanda Namiq yox idi"
- COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb - FOTO
- Azərbaycanın COP29-a ev sahibliyi etməsi Türk Dünyası üçün qürur mənbəyidir - TDT-nin Baş katibi
- Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”
- Xorvatiya enerji sisteminin dekarbonlaşdırılmasına sadiqdir - Baş nazir
- "Real" yayda bu futbolçuları alacaq
- COP29 iqlim maliyyələşdirilməsi məsələsində vəziyyəti dəyişə bilər - "SustainaClaus"