Cəmiyyət

Aşura şəhidi Həbib ibn Məzahir həqiqətən səhabə idi

1 Noyabr 2016 23:20
24 Şərh     Baxış: 2 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Həbib ibn Məzahirin səhabə ya tabein olması ixtilaflı məsələdir. Bir çox mənbələrdə onu səhabə kimi təqdim edirlər. İbn Kəlbi, İbn Həcər kimi müəlliflər Həbib ibn Məzahiri səhabə saymışlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma bəzi mənbələr onun səhabə yox, tabein olduğunu bildirir. Mərhum Şeyxüt-taifə Tusi öz "Rical" kitabında onu İmam Əlinin, İmam Həsənin və İmam Hüseynin (ə) səhabələri sırasında qeyd edir. Həmin kitabda Peyğəmbərin səhabələri arasında Həbibin adı yoxdur. Eləcə də, Peyğəmbər səhabələrini əhatə edən əhli-sünnənin məşhur rical kitabları  "Üsüdül-ğabə" və "əl-İsabə" də Həbib haqqında məlumat vermir. Həbib ibn Məzahirin Peyğəmbər zamanında səhabə sayılmayacaq dərəcədə kiçik yaşlı olması barədə mənbələrdə bəzi rəvayətlər də mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.