Sadə geyimli yad bir adam məhəllə dükanına girir. Bir qədər satıcıya, piştaxtaya baxandan sonra deyir:
- Qardaş, mən səndən nisyə çörək, çay, yumurta istəsəm, verərsənmi?
Milli.Az zaman.az-a istinadən bildirir ki, satıcı da ilk dəfə gördüyü bu adamın xahişindən bir qədər təəccüblənsə də, çörək verməyi vəd edir və səbəbini də belə açıqlayır:
- Qardaş, bu dəftəri görürsənmi, hamısı borcdur. Bu məhəllədə tanıdığım adamlara ay boyunca ərzaq verirəm. Eləsi var ki, üç aydan bəri pulsuz çörək aparır. Doğrusu, heç onun bu haqqı ödəyəcəyinə də inanmıram. Amma neyləyim, üç yetimə baxır, balalarını ac qoymayacağıq ki. Allah Kərimdir, bizim də ruzimizi yetirər. Sənə verdiyim çörəyin də heç haqqını istəmirəm. Götür get, halal xoşun olsun.
Yad adamın üz-gözündə təbəssüm dolaşır: Deyəsən axtardığını tapıb.
- Sənin o dəftərində nə qədər borc var?
Satıcı bir qədər təəccüb, bir qədər də əsəbi halda soruşur:
- Neynirsən axı?
Gələn adam rahatlıqla, bir qədər də güvənverici bir tərzdə söhbəti davam etdirir:
- Bax, qardaş, çox xahiş edirəm, əsəbiləşib eləmə. Mən o qədər boş-bekar adam deyiləm ki, gəlib burada sənin əsəblərini korlayım, vaxtını zay edim. Sənin o dəftərini satın alacağam. Xahiş edirəm ki, oradakı bütün borcları elə indicə hesablayıb deyəsən.
Satıcı bir qarşısındakı adama, bir də dolub-daşan dəftərə baxır. Deyəsən, daha müqavimət göstərmək istəmir. Yanındakı kalkulyatoru götürüb 1-ci səhifənin başından üzüaşağı hesablamağa başlayır. Məlum olur ki, məhəllə camaatı bu dükana yeni Azərbaycan pulu ilə 2 min 345 manat 80 qəpik borcludur.
Gələn adam pencəyinin döş cibindən bir dəstə pul çıxarıb o məbləği satıcının qarşısına qoyur və deyir:
- Qardaş, Allah səndən razı olsun. Sən bu camaata bu qədər güvənirsənsə, Allahı düşünüb yetimi ac qoymursansa, demək, yaxşı adamsan. Mən hər kəsin borcunu ödədim. Bu da mənim bu camaata Ramazan payım olsun. İndi o dəftəri mənə ver. Mən onu aparıb basdıracam və inanıram ki, qiyamət günündə o siyahı mənim köməyim olacaq. Adam dəftəri götürüb mağazadan çıxır.
Dükançı qarşısındakı pulları sayıb daxılın gözünə qoyanda hələ də baş verənləri tam anlaya bilmirdi. Elə bil ki, onu don vurmuşdu. Dükanın balaca pəncərəsindən çölə baxdı. Yad adam görünmürdü. İftar saatına az qaldığı üçün hər kəs evinə tələsirdi. Bu zaman əri vərəm xəstəliyindən ölmüş Sürəyyanın 7 yaşındakı qızı qapının ağzında göründü və utana-utana:
- Əhməd əmi, anam deyir ki, iftara 1 çörək, 3 yumurta versin. Gələn ay dayım bizə gələndə pulunu verərik.
Dükançı qızın sözlərindən elə bil ki, yuxudan ayıldı. Adəti üzrə dəftəri çıxarmaq üçün əlini piştaxtanın altına atdı. Bir an dayandı, gülümsündü və dedi:
- Gəl, ay qızım, yumurta da götür, çörək də, yağ da. Anaya da söylə ki, o dayı gəldi də, getdi də...
Milli.Az
Cəmiyyət
Məhəllə dükanında
26 İyun 2016 20:20
9 Şərh
Baxış: 1 160
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Saxta pullarla insanları aldatma halları artır - VİDEO
- İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO
XƏBƏR LENTİ
- Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO
- Axtarışlar davam etdirilir - YENİ GÖRÜNTÜLƏR
- Ürəyi dərmansız gücləndirməyin yolu
- FHN İrana yardıma hazırdır: 40 xilasedici və 2 helikopter...
- Putin əmr verdi: Təbrizə böyük qrup yola düşür
- Bu yağlar qanı laxtalandırır
- Helikopter qəzası: Axtarış aparılan əraziyə qar yağır - VİDEO
- İranda helikopterin axtarışında “Akıncı” PUA-ları iştirak edir - Türkiyə Milli Müdafiə Nazirliyi
- Rusiyadan İrana: Xilasedici göndərməyə hazırıq!
- Moskvada inzibati bina yanır: 1200 kv.m sahə…
- Mayın ikinci yarısı ilə bağlı BÜRCLƏRƏ XƏBƏRDARLIQ
- Keşiş Baqrat “çıxdığı yerə” – Kirantsa qayıdası oldu
- Helikopterin qəzaya uğradığı yerin FOTOsu
- Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM
- SEPAH baş komandanı qəza yerinə gəldi
- Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
- Qəzaya uğrayan helikopterin dəqiq yeri müəyyən edildi
- İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur - YENİLƏNİB - VİDEO - FOTO
- Qısa müddətdə hazırlanan ən dadlı şokoladlı peçenye: Evdar qadınların SİRRİ
- İran xalqı Rəisi üçün bu cür dua edir - VİDEO - FOTOlar
- Rəisinin helikopterini axtaranların sayı artırıldı
- Rəisinin düşdüyü qəza: 3 helikopterdən digər ikisi…