İyrəncliyə baxın: Balıqlarla adamları "səhv saldılar" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suyun təmizliyini sübut etmək üçün kamera qarşısında su içdi
Oğuzun Xalxal kəndinin sakinləri təmiz su üzünə həsrət qalıblar.
Sakinlər iddia edirlər ki, 4 il öncə ərazidə qurulan balıqçılıq təsərrüfatı içməli su qaynaqlarının mənbəyində yaradıldığından əhali çirkli sudan istifadə etmək məcburiyyətində qalıb.
İzzət Şəmiyev - kənd sakini: "Su deyil, yağdır. Milyon dənə də balıq var. Hələ suda ayaqlarını yuyanları demirəm".
Eyvaz Tahirov - kənd sakini: "Bulanıqdır, su əvəzinə zir-zibil gəlir. Balıqların yemini, zir-zibilini tökürlər. Həftədə bir dəfə də təmizləyirlər".
Balıqların saxlanılması üçün istifadə edilən su içməli su əvəzinə evlərə verilir. Nəticədə sakinlər gigiyenik cəhətdən heç də standartlara uyğun olmayan sudan istifadə etmək məcburiyyətində qalırlar.
Eyvaz Tahirov - kənd sakini: "Suyun içərisində nə qədər zir-zibil var. Gərək necəsə süzüb istifadə edək".
İzzət Şəmiyev - kənd sakini: "Kran çəkmişik, tez-tez tutulur. Gərək içinə məftil soxub açasan. Qalın ərp bağlayır. Bilmirik ki, nədir. İmkanlı olanlar gedib bulaqdan su gətirir, bizim kimi kasıb da qalır susuz".
Bəzi sakinlər suya olan tələbatlarını xüsusi su maşınları ilə ödəməyə çalışırlar. Ancaq bu da 1000-dən çox sakini olan kəndin yalnız bir qismi üçün keçərlidir.
Təsərrüfat sahibləri isə məsələni başqa cür izah edirlər.
Elnur Ağarəhimov - təsərrüfatçı: "Bir giriş var, bir də kəndə gedən çıxış. Suyun təmizliyini göstərmək üçün mən sizin qarşınızda bu sudan içirəm".
Ancaq suyun gigiyenik baxımdan zərərli olduğu öz təsdiqini tapıb.
Rasim Kərimov - Oğuz GEM-in direktoru: "Vahid qərar qəbul etmişik ki, bu içməli su mənbəyi deyil".
Görünən odur ki, yaxın vaxtlarda təcili tədbirlərin görülməsinə ehtiyac var. Əks halda bu çirkli sudan içə-içə kənd sakinləri hansısa xəstəliyə yoluxacaqlar.
Akif Hümmətli - Oğuz Rayon Su-Kanal İdarəsinin rəis əvəzi: "Həm "Azərsu" tərəfindən, həm də qeyri-hökumət təşkilatları tərəfindən həmin kəndə içməli su çəkilişi ilə bağlı işlər gedir. Yəqin ki, yaxın zamanda Xalxal kəndinin içməli su problemi öz həllini tapacaq".
Region TV
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
XƏBƏR LENTİ
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?







