Gözəllik elə bir sözdür ki, dilə gələn zaman gözəllik nümunələri zehnimizdə canlanır: gözəl təbiət, gözəl səma, gözəl insan kimi. Halbuki, gözəllik daha dərin bir mənaya malikdir. Gözəllik elə bir şeydir ki, insan onu görən zaman qəribə bir rahatlıq varlığını bürüyər. Ondan gözünü çəkə bilməz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, dini nəzərdən gözəllik elə bir haldır ki, insanda həyəcan və daxili təlatüm yaradar. Mömin insan varlıq aləminə təfəkkürlə nəzər salır. Orada Allahın nişanələrini görür və Haqqı bu yolla tanıyır.
Dinimizdə gözəllik məfhumu üç dəstəyə bölünür:
1. Hiss olunan gözəllik. Insan beş hiss orqanı vasitəsilə onu dərk edər. Yer, göy, bitkilər və s. kimi.
2. Hiss olunmayan gözəllik. İnsan onu təfəkkür qüvvəsinin sayəsində dərk edər. Quranda və Məsumların (ə) xütbələrində eşitdiyimiz bəlağət xüsusiyyəti kimi.
3. Əqli gözəllik. İnsan onu ağıl qüvvəsi ilə dərk edər. Nə hissi onu dərk edər, nə də xəyal qüvvəsi. Yaxşı işlərin gözəl olması kimi.
Dinlərin hamısı gözəllik məfhumunu Allaha nisbət veriblər. Onu bütün gözəllikləri xəlq edən kimi tanıdıblar. İstər bu gözəlliklər hissi olsun, istərsə də qeyri-hissi. Bu aləmdə olan bütün gözəlliklərin sahibi Allahdır. Bu gözəllikləri dərk etmək insanın mənəviyyatını gücləndirər. Allah gözəldir və gözəlliyi sevəndir. Ona görə də varlıq aləmində olan hər bir məxluqu gözəl yaratmışdır.
İnsan təbiətin gözəl guşələrinə tamaşa edən zaman o qədər ləzzət alır ki, bu ləzzəti heç bir şeylə ala bilmir. Bir astronomdan ulduzlara olan əlaqəsinin səbəbini soruşanda, cavab verib ki, Xaliqin gözəlliyini və qüdrətini dərk etməyə çalışıram. Bəli, insan varlıq aləminə bu gözlə baxmalıdır. Onun gözəlliyini görən zaman Allahını tanımağa çalışmalıdır. Necə də böyük qüdrətdir. İnsan bu gözəlliyi görən zaman özünü şad və xürrəm hiss edir. İlahi peyğəmbərlər (ə) də belə olmuşdur. Onlar təbiətin qoynunda çox səyahət ediblər. Allaha təsbih ediblər. İnsanın təbiətdə olması onu paklaşdırar və təbiət kimi şaf edər. Xaliqin sevgisini daha da gücləndirər.
İslam dinində insan təbiətlə daima əlaqədədir. Su ilə dəstəmaz alır, başını torpağa qoyub səcdə edir. Namazın vaxtını müəyyən etmək üçün səmaya baxır. Qurani-Kərim təbiəti Allahın məxluqu kimi tanıdır. Ona görə də ictimai hüquqa riayət etməyə xüsusi diqqət edir. O kəs ki, insanların içdiyi suyu çirkləndirər, Quranın nəzərinə görə yer üzündə fəsad edən sayılar. Təbiətdən faydalanmaq hamının haqqıdır. İnsan gərək bu gözəl məxluqun qədrini və əhəmiyətini dərk etsin. Xaliqə ona görə şükür etsin.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Gözəllik nədir, necə olur?
19 Aprel 2016 23:40
18 Şərh
Baxış: 19 628
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Hər şey dəyişsə də, siz sabitliyi qoruyursunuz
-
Həbs edilən icra başçısını kim əvəz edir? - FOTO
-
Temu istifadəçilərinə pis xəbər
-
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində “Axın halı” adlı incəsənət sərgisi açılıb - FOTO
-
Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
-
ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı – Məhsul bayramı keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Əzələ kramplarının əsl səbəbi gözləniləndən fərqli imiş
-
Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb
-
Bir il yarım davam edən öskürəyinin səbəbi balqabaq toxumu çıxdı
-
Rulet-tort resepti - üzünüzü ağ edəcək
-
Əfqanıstanda 7 ballıq zəlzələ oldu
-
“Millidən danışmayacağam, məşqçilər etiraz edir”
-
Göygöldə ağır qəza - 2 ölü, 2 yaralı var
-
Günün qoroskopu: Hər şey dəyişsə də, siz sabitliyi qoruyursunuz
-
Ermənistanda katolikos II Qareginin qardaşı saxlanıldı
-
İtaliya Azərbaycan qazının Avropaya çıxışında əsas dayağa çevrilir
-
“Fənərbağça” dərbidə “Beşiktaş”a qalib gəldi
-
Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o, gedə bilir - Qənbər kimdir?
-
Nar şirəsi necə saxlanmalıdır?
-
Yaponlar buna görə soyuducunun üstünə sikkə qoyurlar
-
Röya konsertində tamaşaçını təpiklədi - VİDEO
-
Gədəbəyə vurğun amerikalı qız - sazın-sözün sehrinə düşüb - VİDEO
-
“Azercell” bu tarifi 2 manat bahalaşdırır
-
Xalq artisti ayrıldığı həyat yoldaşından danışdı
-
Ləzzətli yerkökü şirniyyatı üçün 4 məsləhət
-
Xəzərdə zəlzələ oldu
-
Səhər yeməyində çörək yeyənlər iki dəfə düşünsün
-
Razi Nurullayevə itki - FOTO
-
“Sumqayıt” “Araz-Naxçıvan”a qalib gəldi
-
Bakı-Sumqayıt yolundakı ağır qəzanın VİDEOSU





