Cəmiyyət

Azərbaycanda görənləri heyrətə salan ev - FOTO

31 Mart 2016 23:54
7 Şərh     Baxış: 15 628

Böyük Vətən Müharibəsindən qayıtmayan qardaşının, bəlkə nə vaxtsa tikdiyi bu evin sorağını alaraq gələcəyini düşünür. 1966-67-ci illərdə tikdiyi evə isə o vaxtkı Kirovabad yox, unutdurulmağa çalışılan Gəncə adını həkk edib divarlara. Və həmin zamandan bəri Gəncə adını dünyanın bir çox yerlərindən gələn turistlərə tanıtmağa nail olub.
 
Milli.Az faktxeber.com-a istinadən billirir ki, Gəncə şəhərində adı dillərə dastan olan bu evi məşhur edən onun tikinti matrealları əvəzinə butılkadan istifadə edilməsidir. "Butulka ev" adı ilə şəhərdə tanınan tikili, hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideyasının məhsuludur. O bu evin tikintisində, şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butılkadan istifadə edib.
 
İşləməyən adamın cinayətkar hesab edildiyi sovet dönəmində gecəsini gündüzünə qataraq, min zəhmətlə həm ustalığını, həm fəhləliyini edərək bir il əmək sərf edib buna İbrahim kişi. Hətta binanın üzünə naxış vurmaq üçün Soçidən çemodanlarla xırda dəniz daşları da daşıyıb.
 
Evin tikintisində məqsəd isə "tikdim ki, izim qala" deyil, "tikdim ki, qardaşım gələ" arzusu olub. Birgə cəbhəyə yollandığı, lakin itkin düşdüyü xəbəri gələn Yusif adlı qardaşının, nə vaxtsa doğma şəhərində qardaşının onun şərəfinə tikdiyi bu evin sədasını eşidib geri dönəcəyi ümidi ilə başlayıb işə.
 
Evin bütün naxışlarını və mozaikalarını öz əli ilə yaradıb. Evin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib. Həmçinin burda evin tikilib başa çatma tarixi olaraq 1967-ci il yazısı həkk olunub.
 
Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə, evin bir neçə yerinə "Gəncə" adını yazmasıdır. Evin arxa tərəfinə isə "Vətənin naməlum əsgərinə" sözləri yazılıb.
 
Tikilən bir gündən Gəncəyə gələn qonaqların ən sevdiyi, önündə ən çox şəkil çəkdirdiyi məkanlardan olub bu ev. Sağlığında evin qarşısında şəkil çəkdirən turistlərdən şəkil albomu düzəldib.
 
Butulka ev adı ilə şəhərdə tanınan tikili hazırda haqq dünyasında olan İbrahim Cəfərov adlı Gəncə sakininin ideya məhsuludur.
İbrahim Cəfərov evin ön hissəsinə rəssam dostu tərəfindən qardaşı Yusifin və özünün şəkillərini çəkdirib. Diqqətçəkən məqamlardan biri isə Kirovabad adlandırılan şəhərin qədim adının unutdurulmaq istənildiyi bir dövrdə evin bir neçə yerinə Gəncə adını yazmasıdır. 
Gözütox, təvəzökar insan olub, kimdənsə kömək istəyən, yardım uman olmayıb İbrahim kişi. Həsən Həsənov Kirovabad şəhərində birinci katib işləyən vaxt ona əlavə ev təklif etsə də, istəməyib. Qardaşının o odlu-alovlu müharibədən sağ gələcəyini gözləyə-gözləyə köçüb bu dünyadan.
 Əsas arzusuna çatmasa da, İbrahim Cəfərov yaratdığı əsərlə tarixdə iz sala bilib. Oğlu da vaxtsız vəfat edib. Hazırda isə evdə gəlini və iki oğlu yaşayır. Bu məlumatları da bizə gəlini Məhəbbət xanım söylədi.

Artıq ev barəsində danışmağın yorğunluğu hiss olunur Məhəbbət xanımda. İllərdir, yerli və xarici telekanallara, xəbər saytlarına ev barədə müsahibə verdiyini, lakin bundan zərrəcə xeyir gəlmədiyini deyir.
 "Gəlirlər, yazırlar-pozurlar, çəkirlər və gedirlər. Heç bir şey də dəyişmir. İllərdir qoruqçuluq edirəm burada, nəzarətsiz qoysam, bir günün içində qırıq-qırıq edərlər uşaqlar bütün butulkaları", - eyir Məhəbbət xanım.

Hətta evin arxasında bir neçə butulkanın sındırıldığını da göstərir. Özünün bu evə gəlin gəldiyini, sonra özünün gəlin gətirdiyini, hazırda hər oğlunun bir mərətbədə yaşadığını deyir. Hətta yoldaşı rəhmətə getdikdən sonra evin damının uçduğunu və təmirə ehtiyacı olan zaman satmaq istədiyini bildirir.
 Uşaqlar da kiçik olublar həmin vaxt. Lakin Gəncə şəhərinin o dövrkü icra başçısı Eldar Əzizovun evi təmir etdirməsi xanımı bu fikrindən daşındırır. Oğlanları böyüyəndən sonra isə "babamızın mülkünü satmarıq" deyiblər.
 Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    QQ · 1 Aprel 2016 00:5200

    Cox gozel gorunur.Eger sekildeki kimi ecazkar gorunuse malikdirse yaxsi olar ki onlara dovlegimiz terefinden yasamaq ucjn verilise ve bu ev dovletin balansina turist celb elemek ucun abide kimi kecse cox gozel olar .Bir az da reklam olunsa mence coxlu turist celb elemek olar Genceye .

    Cavab yaz
  • Anonim
    lale · 1 Aprel 2016 06:2300

    Menim gozel Gencem.Gunu gunden gozellesen Gencem.Insallah biri tapilar bu gozel tikilini temir eder umid edek.Cox gozel ve nadir tikilidir.

    Cavab yaz
  • Anonim
    Niqulka · 1 Aprel 2016 06:3300

    Bizim Gence, Gencemi coox sevirem. Lap darixdim Gencemden!

    Cavab yaz
  • Anonim
    Kəmalə · 1 Aprel 2016 09:4000

    Çox gözəldir

    Cavab yaz
  • Anonim
    amayka · 1 Aprel 2016 11:4000

    men gormusem cox gozeldi ) sevirem Genceni

    Cavab yaz
  • Anonim
    Vafi · 1 Aprel 2016 13:4200

    gozledi

    Cavab yaz
  • Anonim
    Vafi · 1 Aprel 2016 13:4200

    gozeldi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.