Məktəblərdə astronomiyanın tədrisi niyə ləğv olunub? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orta məktəbdə astronomiya fənni ayrıca bir dərs kimi tədris olunmur.
Vaxtilə isə vəziyyət başqa cür idi. Yəni şagirdlər məktəbdə bu elmə yiyələnirdi. Fizik Bəhram Basqallının sözlərinə görə, indi də astronomiyanın tədrisinə xüsusi fikir verilməlidir. Çünki gənclərin çoxu astronomiya haqqında elə də dərin məlumata malik deyil.
"Nəinki gənclər, hətta yaşlı nəsil belə elementar astronomik bilgiyə sahib deyirlər. Onlardan bir çoxları 9 planetin adını ardıcıl olaraq çəkə bilməz. Hesab edirəm ki, astronomiya elmi dünya sivlizasiyasının incilərində biridir. Eyni zamanda astronomiya elmi insanın dünya görüşünün formalaşmasında əvəzsiz rol oynayan bir faktordur".
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, astroloq Firudin Qurbansoyun sözlərinə görə, isə Astronomiya qədim elm sahələrindən biridir. Vaxtilə bizim filosoflar da bu sahəyə kifayət qədər diqqət ayırıb.
"Dünya Astronomiya elminə Azərbaycanlı alimləri çox böyük töhvələr veriblər. Bu gün ən mükəmməl Astronomiya kitabı ikinci əsrdə yaşamış Ptolomeyin "Almagest" əsəridir ki, əksər İslam alimlərini bu elmə olan marağı artırmışdır. Bundan sonra İslam alimləri məhz astronomiya elminin bazasında müəyyən işlər görüblər".
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirdi ki, bu fənn "Həyat bilgisi" dərsliyində öz əksini tapıb. Dərs yükü ağır olduğundan Astronomiya fənninin ayrıca tədrisinə ehtiyac qalmır:
"Təbii ki, astronomiya ilə bağlı məlumatların verilməsi lazımdır. Amma dərslik halında müxtəlif sahələri əhatə edən fənnin ayrıca tədrisi bəzən dərs yükünü ağırlaşdırır".
Cəsarət Valehov onu da bildirdi ki, indi internet vasitəsilə bütün bilgiləri əldə etmək mümkündür. Astronomiyaya daha çox maraq göstərənlər də yetər ki, kompüter arxasına keçsin, istədiyini əldə edə biləcəklər.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Ulduz müharibələri"nin "zabiti" vəfat edib
-
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Almaniyada həbsxanada yanğın: Xeyli yaralı var
-
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
-
Trampın qərarından sonra Netanyahu fövqəladə müşavirə topladı
-
Gələn il veteran pulu ARTIRILACAQ?
-
İtkin düşən 9 nəfər tapıldı
-
Gümüşün qiyməti kəskin ARTDI
-
Şəmkirdə ağır QƏZA: Ölən var
-
"Sabah" - "Neftçi" oyunu bu tarixdə olacaq
-
Polis avtomat və tüfənglər aşkarladı
-
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qoruyan qız yaralandı
-
Azərbaycan millisi Avropa Kubokunu 9 medalla başa vurdu
-
Rusiyanın itkiləri yeniləndi
-
Türkiyədə hantavirus həyəcanı: 3 nəfər nəzarətə götürüldü
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
61 yaşlı kişi iş yerində qəfil öldü
-
Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
İki yaşlı uşaq faciəli şəkildə ÖLDÜ
-
Aİ Suriyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi
-
3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə
-
43 ildir buna görə evlənmirlər
-
Paytaxtda marketdən elektron siqaretlər oğurlayan şəxs tutuldu
-
Suriya WUF13-də iştirak edəcək







