Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu Faiq Babanlı deyir. Bir vaxtların sərbəst güləşçisi, daha sonra isə qaydasız döyüşlərin məğlubedilməz ulduzu, indi Afrikada, Amazon meşələrində, Boliviya çöllərində, Rusiyanın ucsuz-bucaqsız Tayqasında vəhşi heyvanlarla çarpışır.
Onunla görüşümüz də Bakıda çox qeyri- adi məkanda, daha dəqiqi Azərbaycanda ilk olan bir məkanda baş tutdu. "Safari" Beynəlxalq Ov Klubunda. İçəri girəndə, sanki, çəngəllikdəsən - şir, ayı, canavar, yaquar və sair vəhşi heyvan dəstəsi bor-boya verib səni "salamlayırlar". Bu, ovlanmış heyvanların taksidermiyalarıdır.
F.Babanlı bizimlə söhbətdə özünün, ümumiyyətlə, əməkdaşlarının taksidermiya ilə məşğul olmadığını deyir. O, bu heyvanların ovlandıqdan sonra Avropada bu formaya salındığını, daha sonra Azərbaycana gətirdiklərini bildirir. Faiq bəylə söhbətimiz isə başqa mövzudadır təbii.
- 2002-2003-cü illərdə qaydasız döyüşün Azərbaycanda dayandırılmasından sonra məndə belə bir təəssürat yarandı ki, artıq peşəkar idmanda davam edə bilmərəm. Bilirsiniz, mənim fikrimcə insan 30 yaşa qədər idmanda olmalıdır. 30 yaşdan sonra özüm üçün yeni və daha geniş fəaliyyət sahəsi axtarmağa başladım. İndiki məşğuliyyətimlə bağlı çoxdan xəyallar qurmuşdum. Elə həmin ərəfədə artıq qərara gəldim ki, bu ov növü ilə məşğul olum. İlk seçdiyim yer də elə Afrika oldu. Heç kimə xəbər eləmədən Afrikaya ova getdim. Doğulub böyüdüyüm Qazaxda da ova həvəsim olub. Amma Afrikaya səfər adi bir ovun yox, həyatımda yeni bir mərhələnin, fəaliyyətin əsasını qoydu. Azərbaycandan bu işi görən tək adamam. Bütün Afrika boyu timsahdan tutmuş, cəngəllik kralı şirə qədər neçə növ vəhşi heyvan ovlamışam. Sonra bu coğrafiya Cənubi Amerika, xüsusilə Amazon meşələrini, Rusiya çöllüklərini əhatə etməyə başladı. Əvvəl bundan ancaq kiçik biznes kimi istifadə etsəm də, sonradan bu, böyük bir anlama, daha böyük miqyaslı mərhələyə gəldi mənim üçün. Düzdür, indi bu məşğuliyyət biznesimdə aparıcı yer olmasa da, amma həyatımın tam mənasıdır. İndi mənim üçün dünya ovcumun içindədir. Dünyanın ən təhlükəli məkanlarında ən təhlükəli varlıqlarının ovçusuyam. Bilirsiniz, bunu sözlə təsəvvür etmək, bəlkə də, yetərli deyil. Təsəvvür edin, heç nədən qorxmayan, özünü təbiətin hakimi hiss edən bir vəhşi heyvandır və sən onun məkanına, daha doğrusu evinin içinə girib onu ovlayırsan... Bunu, sadəcə, yaşamaq lazımdır...
- Adətən nə ilə ovlayırsınız?
- Ov üçün peşəkar silahlarla, amma çox vaxt xüsusi düzəldilmiş oxla... Amma elə vəhşi heyvanlar var ki, onları ovlayan zaman sənin güllən yayınmamalıdır, əks halda o, səni məhv edəcək... Yəni bu qədər sərrastlıq lazımdır...
Adətən gecələr ova çıxıram. Xüsusi səslə onları açıqlığa çağırıram. Səslər isə heyvanın növünə görə dəyişir.
- Siz mahir qaydasız döyüşçü olubsunuz. Əvvəllər rəqibləriniz insanlar idi, indi cəngəllikdəki vəhşi heyvanlar. Hansı çətindir?
- Mən sualı belə qoyardım, hansı zövq verir? Əlbəttə, vəhşi heyvanlar. Çünki insanlardan fərqli, onlarda qorxu hissi yoxdur və təbiətin bu nəhənglərinə tələ qurub tutmaq, başqa aləmdir.
Həmsöhbətim deyir ki, Bakıda beynəlxalq ov üçün açdıqları klubda turlar da təşkil edirlər: "Bu səyahət, ediləcək məkana, ovların mənşəyinə görə qiymətləndirilir. Müştəriləri isə tək buraxmırıq, onları xüsusi bələdçilər müşayiət edir".
Faiq Babanlı anons da verdi: "Qarşıda maraqlı sərgüzəştlərimiz olacaq, sizi də məlumatlandıracağam".
Lent.az
Böyütmək üçün şəkillərə klikləyin.





























Cəngəllikdə şir ovlayan azərbaycanlı: "Güllən boşa çıxsa..." - FOTO
27 Aprel 2015 17:14
0 Şərh
Baxış: 8 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ov üçün seçdiyimiz məkana daima Azərbaycan bayrağını sancıram. Düşünürəm ki, hər bir azərbaycanlı məşğul olduğu, tanındığı sahədə Vətənini, bayrağını özündən irəlidə tutmalıdır. Çünki bizi Vətən yetişdirib, məşhur edib və biz onu unutmamalıyıq."Faiq Babanlı: "Heç kimə demədən Afrikaya getdim"
Bunu Faiq Babanlı deyir. Bir vaxtların sərbəst güləşçisi, daha sonra isə qaydasız döyüşlərin məğlubedilməz ulduzu, indi Afrikada, Amazon meşələrində, Boliviya çöllərində, Rusiyanın ucsuz-bucaqsız Tayqasında vəhşi heyvanlarla çarpışır.
Onunla görüşümüz də Bakıda çox qeyri- adi məkanda, daha dəqiqi Azərbaycanda ilk olan bir məkanda baş tutdu. "Safari" Beynəlxalq Ov Klubunda. İçəri girəndə, sanki, çəngəllikdəsən - şir, ayı, canavar, yaquar və sair vəhşi heyvan dəstəsi bor-boya verib səni "salamlayırlar". Bu, ovlanmış heyvanların taksidermiyalarıdır.
F.Babanlı bizimlə söhbətdə özünün, ümumiyyətlə, əməkdaşlarının taksidermiya ilə məşğul olmadığını deyir. O, bu heyvanların ovlandıqdan sonra Avropada bu formaya salındığını, daha sonra Azərbaycana gətirdiklərini bildirir. Faiq bəylə söhbətimiz isə başqa mövzudadır təbii.
- 2002-2003-cü illərdə qaydasız döyüşün Azərbaycanda dayandırılmasından sonra məndə belə bir təəssürat yarandı ki, artıq peşəkar idmanda davam edə bilmərəm. Bilirsiniz, mənim fikrimcə insan 30 yaşa qədər idmanda olmalıdır. 30 yaşdan sonra özüm üçün yeni və daha geniş fəaliyyət sahəsi axtarmağa başladım. İndiki məşğuliyyətimlə bağlı çoxdan xəyallar qurmuşdum. Elə həmin ərəfədə artıq qərara gəldim ki, bu ov növü ilə məşğul olum. İlk seçdiyim yer də elə Afrika oldu. Heç kimə xəbər eləmədən Afrikaya ova getdim. Doğulub böyüdüyüm Qazaxda da ova həvəsim olub. Amma Afrikaya səfər adi bir ovun yox, həyatımda yeni bir mərhələnin, fəaliyyətin əsasını qoydu. Azərbaycandan bu işi görən tək adamam. Bütün Afrika boyu timsahdan tutmuş, cəngəllik kralı şirə qədər neçə növ vəhşi heyvan ovlamışam. Sonra bu coğrafiya Cənubi Amerika, xüsusilə Amazon meşələrini, Rusiya çöllüklərini əhatə etməyə başladı. Əvvəl bundan ancaq kiçik biznes kimi istifadə etsəm də, sonradan bu, böyük bir anlama, daha böyük miqyaslı mərhələyə gəldi mənim üçün. Düzdür, indi bu məşğuliyyət biznesimdə aparıcı yer olmasa da, amma həyatımın tam mənasıdır. İndi mənim üçün dünya ovcumun içindədir. Dünyanın ən təhlükəli məkanlarında ən təhlükəli varlıqlarının ovçusuyam. Bilirsiniz, bunu sözlə təsəvvür etmək, bəlkə də, yetərli deyil. Təsəvvür edin, heç nədən qorxmayan, özünü təbiətin hakimi hiss edən bir vəhşi heyvandır və sən onun məkanına, daha doğrusu evinin içinə girib onu ovlayırsan... Bunu, sadəcə, yaşamaq lazımdır...
- Adətən nə ilə ovlayırsınız?
- Ov üçün peşəkar silahlarla, amma çox vaxt xüsusi düzəldilmiş oxla... Amma elə vəhşi heyvanlar var ki, onları ovlayan zaman sənin güllən yayınmamalıdır, əks halda o, səni məhv edəcək... Yəni bu qədər sərrastlıq lazımdır...
Adətən gecələr ova çıxıram. Xüsusi səslə onları açıqlığa çağırıram. Səslər isə heyvanın növünə görə dəyişir.
- Siz mahir qaydasız döyüşçü olubsunuz. Əvvəllər rəqibləriniz insanlar idi, indi cəngəllikdəki vəhşi heyvanlar. Hansı çətindir?
- Mən sualı belə qoyardım, hansı zövq verir? Əlbəttə, vəhşi heyvanlar. Çünki insanlardan fərqli, onlarda qorxu hissi yoxdur və təbiətin bu nəhənglərinə tələ qurub tutmaq, başqa aləmdir.
Həmsöhbətim deyir ki, Bakıda beynəlxalq ov üçün açdıqları klubda turlar da təşkil edirlər: "Bu səyahət, ediləcək məkana, ovların mənşəyinə görə qiymətləndirilir. Müştəriləri isə tək buraxmırıq, onları xüsusi bələdçilər müşayiət edir".
Faiq Babanlı anons da verdi: "Qarşıda maraqlı sərgüzəştlərimiz olacaq, sizi də məlumatlandıracağam".
Lent.az
Böyütmək üçün şəkillərə klikləyin.





























DİGƏR XƏBƏRLƏR
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
“Dünya TV” cərimələndi
XƏBƏR LENTİ
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev





