Azərbaycanlı oliqarx Batumidə kazino-otel açır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Virtualaz.org saytıxəbər verir ki, Musa Süleymanovun sahibi olduğu "ADO-G" şirkətlər qrupunun İsveçrənin "Swiss-Belhotel İnternational" otel brendi ilə tərəfdaşlıq şəraitində Batumidə "Grand Swiss-Belhotel Batumi" otelinin açılmasına dair razılaşma imzalanıb.Azərbaycanlı oliqarx, SOCAR-a və Azərbaycanda işləyən neft şirkətlərinə neft avadanlıqları satmaqla varlanan Musa Süleymanov Gürcüstanın Batumi şəhərində İsveçrə brendi altında 184 nömrəlik kazino-otel açmağa hazırlaşır
Oteldə 1000 kvadratmetr sahəyə malik kazino, 300 kvadratmetrlik konfrans zalı, 4 kafe və restoran, o cümlədən otelin 30-cu mərtəbəsində yerləşən və Qara dəniz mənzərəli penthaus-restoran, SPA-mərkəz fəaliyyət göstərəcək. Otelin açılışı 2016-cı ilə planlaşdırılır.
Razılaşmanın imzalanması münasibəti ilə "Swiss-Belhotel İnternational"ın prezidenti Hevin M.Fual bildirib: ""Grand Hotel Swiss-Belhotel Batumi" bu şəhərdə əyləncənin və dəbdəbənin yeni ünvanı olacaq. Kafe-barları, xüsusi restoranları və müxtəlif zövqələrə uyğun nömrələri olan, 111 metr hündürlüyündə, unikal kubik struktura malik otel Qara dəniz sahilində yerləşən şəhərin simasının dəyişməsinə öz töhfəsini verəcək".
"ADO-G" şirkətlər qrupu 1998-ci ildə Bakıda qeydiyyatdan keçib, şirkətin əsasını qoyan Musa Süleymanovdur. Şirkət Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur. Biznesə SOCAR, "McDermot Caspian Construction", "Nobel Oil", "Salyan Oil", "Gobustan Operating" və digər şirkətlərə neft avadanlıqlarının satışı ilə başlayıb.
M.Süleymanov tikinti biznesinə də girib, yollarn tikintisinə dair tenderləri qazanıb, yaşayış binalarının tikintisi ilə məşğul olur.
M.Süleymanovun adı Azərbaycan mətbuatında çoxsaylı qalmaqallarla gündəmə gəlib. Bu da onun, əsasən, Tovuzun "Turan" futbol klubunun prezidenti kimi fəaliyyəti ilə bağlı olub. 2012-ci ildə o, klubun prezidenti vəzifəsindən istefa verib.
Oliqarxın Batumidəki "kubik-rubik" formalı otelinin tikintisi 2012-ci ildən başlayıb. Lakin işlər ötən ilə qədər, demək olar ki, getmirdi. Otelin tikintisi üçün alınmış ərazi hasara alınmışdı və tikinti işlərinin aktiv fazası başlamamışdı. M.Süleymanovun hazırda Qazaxıstanda da tikinti biznesi ilə məşğul olduğu məlumdur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı





