Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə-Azərbaycan Cəmiyyəti və "Ralph Lauren" şirkəti Londonda əlil uşaqlar üçün xeyriyyə tədbiri keçiriblər - FOTO
1 Aprel 2015 00:46
Baxış: 2 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İngiltərə-Azərbaycan Cəmiyyəti və "Ralph Lauren" geyim şirkəti Londonda birgə xeyriyyə tədbiri keçirib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord German Cəmiyyətin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Tədbirin əhəmiyyətini vurğulayan həmsədr qonaqlara xoş gecə keçirməyi arzu edib.
Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva Bakıdakı işlərinin çoxluğundan bu tədbirə qatıla bilməyib. Professor Nərgiz Paşayevanın adından çıxış edən nümayəndə həmsədri təmsil etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb. O, Lord Germana Cəmiyyətin fəaliyyətindəki uğurlarına görə dərin minnətdarlığını ifadə edib. Cəmiyyətin hər iki ölkə arasında bir çox sahələrdə, xüsusilə təhsil, mədəniyyət sahələrində əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. "Ralph Lauren" şirkətinin Cəmiyyətlə birgə əlil uşaqlar üçün xeyriyyə tədbiri təşkil etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dünyaya açıq və həmişə maraq doğuran bir ölkə olub. İngiltərə-Azərbaycan Cəmiyyəti artıq yetkin və güclü əlaqələri olan Britaniya ilə Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsində iştirak edən şəxslər, şirkətlər və təşkilatların işinin asanlaşdırılmasına rəhbərlik edir.
Tədbir çərçivəsində azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında konsert proqramı təşkil edilib.
Daha sonra "Ralph Lauren" şirkəti moda nümayişi keçirib. Qonaqlar firmanın mallarını 10 faizlik endirimlə satın almaq fürsəti əldə ediblər. Satışlardan əldə edilən gəlirin 15 faizi xeyriyyə məqsədi ilə Əlil Uşaqlar Evinə bağışlanacaq.
Əlil Uşaqlar Evi fiziki və əqli çatışmazlığı olan uşaqlar üçün təşkil edilmiş internat məktəbidir. Məktəbdə fiziki və əqli cəhətdən əlil olan uşaqlar yaşayır və onlara xüsusi diqqət və qayğı göstərilir. Əldə edilən xeyriyyə vəsaiti məktəbdə uşaqları lazımi qidalanma, geyim, müvafiq tibbi və reabilitasiya xidmətləri ilə təmin etmək üçün istifadə olunacaq. Bundan başqa, bəzi otaqların təmir edilməsi də nəzərdə tutulub. 200 nəfərlik məktəbdə hazırda 138 fiziki və əqli çatışmazlığı olan uşaq yaşayır.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Foto: AzərTAc
DİGƏR XƏBƏRLƏR
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)