Hələ ki, yollar var, hələ ki varsan...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Ay ana, axşam mən bu əmini televizorda gördüm.
Sən də uşağa yüngülcə təbəssüm eləyib, yoluna davam edirsən. Tanımadığın birisi sənə salam verir. Salamını ədəblə alırsan, sonra da təmkinlə keçib gedirsən. Amma fikirləşirsən ki, sən onu haradasa görmüsən. Bir qədər fikirləşəndən sonra bu fikri başından qovursan: "Əşi nə bilim kimdir axı..."
Gedirsən, sağından-solundan adamlar keçib-gedir. Yanından keçən birisi sənə əhəmiyyət vermir və hiss eləyirsən ki, sənin ona acığın tutub. Axı niyə?- Çünki səni tanımadı, salam vermədi, salam bir yana qalsın, heç təbəssüm də eləmədi. Sonra da düşünürsən ki, niyə də təbəssüm eləməlidir axı?- Lap tutaq ki, səni tanıdı, kim olduğunu da bildi, amma ürəyi istəmədi deyə nə salam verdi, nə də yaltaq-yaltaq üzünə hırıldadı. Demək mərd adamdı, beləsi ilə yoldaşlıq eləməyə dəyər. Yoxsa, adamların üzü elə dönüb ki, dörq tərəfinə yalmanır, hər kəsdən təmənna umurlar. Vəzifəli qohuma, işdə müdirə, pullu qonşuya o qədər yaltaq salam verirlər ki, sonra özləri də bilmədən dönüb olurlar professional yaltaq. Bu işi elə mənimsəyirlər ki, bir zaman ayılırlar ki, evdə arvada da yaltaqlanırlar. "Halal olsun bu kişiyə, tanısa da əhəmiyyət vermədi, keçdi"
İnsanlar keçir yanından bu yaz səhərində, hərə bir ovqatda, hərə bir düşüncədə. Canını zorla sürüyəni də var, getdiyi yerə quş kimi uçanı da. Kimi gecə növbəsindən qayıdır, kimi təyyarənin səhər reysi ilə qürbətdən dönüb, kimsəyə də xəbər verməyib ki, gəlişi sürpriz olsun.
Tələsmirsən, aram-aram, asta-asta addımlayırsan. İşə çatıb camaatla salamlaşacaqsan, sonra kabinetə keçəcəksən, çay gətirəcəklər, sən də bu gün oxuyacağın mətnlərı alıb gözdən keçirəcəksən.
Gedirsən bu yaz səhərində, içində bir rahatlıq duyğusu var. Nədənsə birdən arzu edirsən ki, elə hey bu cür gedəsən... gedəsən, gedəsən, bu yol da qurtarmaya. Sonra da istəyirsən ki, kaş qarşına çıxanların hamısını tanıyasan, onlar da səni tanıyalar. Hamı ilə də hal-əhval tutasan, şirin-şirin görüşəsən.
Gedirsən küçə boyunca. Adamlar keçir sağından, solundan. Hərəsi bir niyyətlə, hərəsi bir ovqatla evdən çıxıb. Hamı səfərdədi, hamı yol gedir. Yollar xeyrə aparsın!
DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





