"Azərbaycanda elmi tədqiqat işi aparan alimə stimul verməliyik və bu stimulu axtarmalıyıq". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin Təhsil Nazirlliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.
Nazir qeyd edib ki, artıq elmi mühitdə əmr vermədən qarşılıqlı maraq yaratmaq münasibətinin formalaşdırılmasına çalışmaq lazımdır: "Xaricdə təhsil almaq üçün nəzərdə tutulan dövlət proqramına ölkənin ən istedadlı tələbələri cəlb olunur. Biz 21-ci əsrdə onlara əmr edə bilmərik ki, hansısa xarici ali məktəbin məzunu olduqdan sonra Azərbaycana qayıdıb onun üçün maraqlı olmayan işdə çalışsın. Bunu təmin etmək üçün mexanizmimiz də yoxdur. İkincisi də dünya dəyişib və fərqlidir. Әgər biz həmin məzun üçün burada düzgün mühit yarada, onu elmi tədqiqatları aparmaq üçün lazımi işlə təmin edə, işəgötürən-işçi münasibətini və digər məsələləri tənzimləyə bilməsək, demək, rəqabətdə uduzacağıq. Ali təhsil sistemində qloballaşma çox yüksək sürətlə gedir. Әgər dünən ən yaxşı tədris üçün müəllim başqa ölkələrə gedirdisə, bu gün artıq tələbələr gedirlər. Hətta öz hesabına oxumaq üçün gedənlər də var".
Onun sözlərinə görə, 10 ildən sonra bu sahədə rəqabət daha da artacaq. Buna görə də tərəflər arasında qarşılıqlı maraq tapılmalıdır.
M.Cabbarov deyib ki, elmi işlə məşğul olmaq istəyən Azərbaycan tələbəsinin marağının nə olduğu öyrənilməlidir: "Biz tələbədə maraq yaratmaqdan ötrü ona stimul verməliyik və bunun axtarışında olmalıyıq".
Bu məsələlərlə bağlı AMEA rəhbərliyi ilə də müzakirələr apardığını deyən nazir qeyd edib ki, bütün nailiyyətləri əldə edən alimin öz işini, tədqiqat qaydasını dəyişməsi üçün bir səbəb olmalıdır. Buna görə alimə stimul verilməlidir.
Milli.Az
Cəmiyyət
Təhsil naziri: "Biz onlara əmr edə bilmərik"
6 Mart 2015 14:21
Baxış: 1 480
DİGƏR XƏBƏRLƏR
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Saxta pullarla insanları aldatma halları artır - VİDEO
- İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO
- Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir keçirilib - VİDEO
XƏBƏR LENTİ
- İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur - YENİLƏNİB - VİDEO - FOTO
- Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü
- Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
- Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - FOTO
- Mişeldən Rəisinin düşdüyü qəza ilə bağlı açıqlama...
- “iPhone 16”-nın istehsala başlama tarixi AÇIQLANDI
- İranın keçmiş prezidenti Rəisinin öldüyünü elan etdi
- İran vitse-prezidenti hadisə yerinə yollandı
- Selektiv abortlara şərait yaradılır? - Ekspertlərdən AÇIQLAMA
- XİN: İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq
- Xamenei MTŞ-nin təcili iclasını çağırdı? - YENİLƏNİB
- Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
- ABŞ: Biz İran prezidentinin və xarici işlər nazirinin...
- KİV: İranda “fövqəladə vəziyyət” elan edildi
- Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
- Prezident Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
- Rəisinin Instagram hesabında paylaşım: "Mənim üçün dua edin" - FOTO
- Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
- Dünyanın ən yaşlı monarxı xəstələnib
- Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər
- Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
- Rəisinin havadan axtarışları dayandırıldı
- İtaliyaya getməyə hazırlaşanlara 17 məsləhət: Bunları bilməlisiniz
- Xilasedicilər hadisə yerində: Helikopter yoxdur - VİDEO