Cəmiyyət

Tarixi abidənin damı çökdü - FOTO

27 Fevral 2015 20:10
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Damı çökən tarixi Dairəvi Qala bir-neçə il əvvəl təmir edilib

Lənkəranın tarixi məkanlarından biri olan Dairəvi Qalanın dam örtüyü çöküb.


Milli.Az bildirir ki, anspress-in  məlumatına görə, bu barədə Lənkaranda fəaliyyət göstərən Hüquqi Yardım ictimai birliyinin sədri İlqar Qasımov "Facebook" səhifəsində məlumat yayıb.

İlqar Qasımov bunu çox məyusedici bir fakt kimi dəyərləndirib. Onun bildirdiyinə görə bir neçə il Dairəvi Qala bir neçə il əvvəl təmir olunub.

Məlumatı yayan İlqar Qasımov bu vasitə ilə əlaqədar qurumların diqqətini Dairəvi Qalanın durumuna yönəltməyə çalışdığını bildirib.

"Bu gün axşam saatlarında şəhərdə icra hakimiyyəti binasının arxasında, Lənkəran çayının üstündən keçən körpüyə yaxın bir ərazidə yerləşən Dairəvi Qalanın yaxınlığından keçirdim. Gördüm ki, qürurla fəxr etdiyimiz, tarixi-diyarşünaslıq əhəmiyyəti olan, fəxrlə yerli və xarici turislərin seyr etdiyi tarixi bir qalanın damının bir hissəsi çöküb", - deyə Qasımov bildirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.