Cəmiyyət

Xarici universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanıldı

27 Fevral 2015 17:15
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrin ali təhsil ocaqlarında tədrisinə başlanılıb. Azərbaycan multikulturalizmi fənni bir neçə gündür ki, Litva Respublikasının Litva Pedaqoji Universitetində, Rusiya Federasiyasının Ural Federal Universitetində və Belarus Respublikasının Belarus Dövlət Universitetində tədris edilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 26-dan başlayaraq Azərbaycan multikulturalizmi fənninin Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofia Universitetində tədrisinə başlanıb. Mart ayından etibarən bu fənnin daha üç ölkədə, İtaliya Respublikasının La Sapienza Universitetində, Çexiya Respublikasının Karlov Universitetində və Gürcüstan Respublikasının Tbilisi Dövlət Universitetində tədrisinə start veriləcəkdir.

Multikulturalizm bir sıra dünya dövlətlərində iflasa uğradığı bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti elan edib. Ölkəmizdə bu siyasət uğurla həyata keçirilməkdədir və bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur. Biz öz çoxəsrlik təcrübəmizi bu gün dünya ilə bölüşməyə hazırıq. Bizimlə bu istiqamətdə əməkdaşlığa həm xarici universitetlərdə, həm də bir çox xarici qurum və təşkilatlarda böyük həvəs və maraq var. İlk addımlar artıq atılır. Yaxın gələcəkdə təmas nöqtələrinin sayı artacaq və tədrisin coğrafiyası genişlənəcəkdir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.