Cəmiyyət

Zakir Qaralovdan yeni təyinatlar

27 Fevral 2015 16:26
0 Şərh     Baxış: 3 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bərdə rayon prokuroru Rəhim Əliyev və Ağdam rayon prokuroru Kamran Əhmədov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Suraxanı və Saatlı rayon prokuroru vəzifələrinə təyinat alıblar.

Ağdam və Bərdə rayon prokuroru vəzifələrinə hələlik təyinat yoxdur.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Xatırladaq ki, Suraxanı rayonunun keçmiş prokuroru Sərdar İmanov isə bir müddət əvvəl Sumqayıt şəhər prokuroru təyin edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.