Cəmiyyət

İstintaq təcridxanasında nikah

27 Fevral 2015 15:32
8 Şərh     Baxış: 5 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təcridxanada saxlanılan Bayramov Rəsul Qəfər oğlu ilə vətəndaş Qədirova Bahar Həsən qızının müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar Xidmət tərəfindən şərait yaradılıb.

4 saylı Bakı "ASAN Xidmət" mərkəzində Qeydiyyat şöbəsinin baş məsləhətçisi Məmmədova Pərvin Gündüz qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.