Cəmiyyət

Bu gecə Bakıda daha bir yol təmirə dayanır

27 Fevral 2015 15:19
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzi yollarında təmir işlərinin aparılması davam edir

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, fevralın 27-i, gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Fikrət Əmirov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. İşlər 3-4 gün müddətinə davam edəcəyindən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.