Cəmiyyət

Bakıda yol bağlanır

27 Fevral 2015 14:23
0 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, məhdudiyyət 2015-ci il fevralın 28-i axşam saat 20:00-dan martın 1-i səhər saat 8:00-a qədər tətbiq olunacaq.
 
Hazırda  sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir.
 
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.