Cəmiyyət

Azərbaycanda atalıq məzuniyyəti də olsun?

27 Fevral 2015 11:10
2 Şərh     Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycanda ana uşağa baxmaq imkanında deyilsə, əri sosial məzuniyyət götürərək bunu edə bilər".

Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu sözləri "Exo" qəzetinə Əməkçilərin Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, qanuna uyğun olaraq, sosial məzuniyyət iki hissəyə bölünür. Birinci hissədən yalnız qadınlar hamiləlik zamanı və ondan sonra istifadə edə bilərlər. Bu məzuniyyət təxminən 126 gündən 180 günə qədərdir.
 
Məzuniyyətin qismən ödənişli olan ikinci hissəsini isə ata da götürə bilər. Bu məzuniyyət üç il davam edir və ilk 18 ayda vətəndaş ayda 20 manat pul alır. Qalan ilyarım isə həmin pul azalır.

Sözsüz ki, kişinin iş yeri də saxlanılır. İstənilən vaxt işinə qayıda bilər. Analoji vəziyyət anaya və uşağa baxan ailənin istənilən üzvünə şamil edilə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.