Cəmiyyət

Bu rayonun 65 faizi hələ də işıqsızdır - VİDEO

27 Fevral 2015 10:06
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qar nəticəsində 250 işıq dirəyi, bir ədəd transformator aşıb, kilometrlərlə naqil sıradan çıxıb

Ölkə ərazisinə təxminən bir həftə əvvəl yağan qar ərisə də, bu müddət ərzində fəsadları aradan qalxmayıb. Aran zonasına çox düşən qar Neftçalanın enerji təsərrüfatına elə zərbə vurub ki, hələ də yaşayış məntəqələrinin yarıdan çoxu işıqsızdır.

ANS TV-nin məlumatına görə, Neftçalaya yağan son 50 ilin ən güclü qarı rayonda ciddi fəsadlar törədib. Təbii fəlakət rayona külli miqdarda ziyan vurub. Neftçalanın yaşayış məntəqələrinin 65 faizinə hələ də enerjinin verilişi bərpa olunmayıb.

Yağan qar nəticəsində ən böyük ziyan rayonun enerji təsərrüfatına dəyib. Artıq 5 gündür ki, rayonun əksər yaşayış məntəqələri enerjisiz qalıb.

Yaranan vəziyyətdən narahat olan sakinlər problemin həllini tələb edirlər.

Rayon elektrik şəbəkəsindən verilən məlumata görə, yağan qar nəticəsində 250 işıq dirəyi, bir ədəd transformator aşıb. Kilometrlərlə naqil sıradan çıxıb. Rayon işıq idarəsindən bildirilir ki, "Azərenerji" rayona bərpa məqsədilə işıq dirəkləri və naqil göndərsə də, bu kifayət etmir. Eyni zamanda əksər kəndlərdə qardan sonra ərazi bataqlığa çevrildiyindən texnikanın işləməsində çətinlik yaranıb.

Rayon icra hakimiyyəti yaranan vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırıb. Artıq FHN-in əməkdaşları izafi suların həyətlərdən kənarlaşdırması işlərinə start veriblər.

Neftçala rayon icra hakimiyyəti başçısının müavini Nəriman Xəlilov bildirib ki, rayon icra hakimiyyətində qərargah yaradılmışdır: "Fərdi təsərrüfatlara, yaşayış evlərinə, ictimai binalara, çoxmərtəbəli yaşayış binalarına, məktəblərə, səhiyyə müəssisələrinə dəyən ziyan qeydiyyata alınır. Fəsadların aradan qaldırılması istiqamətində mütəmadi olaraq işlər aparılacaqdır".

Təbii fəlakət nəticəsində rayon ərazisində 830-dan artıq talvar aşıb,120 evin damı uçub, 100-dən artıq avtomobil yararsız vəziyyətə düşüb. 7 çoxmərtəbəli yaşayış binasının, 8 məktəb, 3 şadlıq sarayının dam örtüyü dağılıb. Bir şadlıq sarayı isə tam yayarsız hala düşüb. 70 baş iri və xırdabuynuzlu heyvan, xeyli sayda ev quşları məhv olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.