Cəmiyyət

Nadir metal da qiymətdən düşür. Manatı olanlar neyləsin?

27 Fevral 2015 00:20
Baxış: 8 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son bir il ərzində dünyada qızılın qiyməti 10,55 % aşağı düşüb.

Milli.Az xəbər verir ki, Goldprice.org saytının məlumatları bunu deməyə əsas verir.

Birja saytının məlumatına görə, son bir ildə qızılın qiyləti 10,55 %, son altı ayda 5,97 %, son bir ayda isə 6,13 % aşağı düşüb.

Yalnız ötən gün ərzində qiymətlərdə 0,76 % artım müşahidə olunsa da, ümumi tendensiya azalmalardan xəbər verir.

Bəs manatın devalvasiyaya uğradığı, insanların ehtiyat vəsait toplamaq üçün daha çox qızıla üstünlük verdiyi bir dövrdə qiymətlərdəki bu dəyişikliklər Azərbaycan əhalisi üçün nələri vəd edir?

Bu barədə iqtisadçı eksperti Vüqar Bayramovun fikirlərini öyrəndik. Onun sözlərinə görə, indiki məqamda qızılın qiymətinin aşağı düşməsi azərbaycanlı alıcılar üçün faydalıdır.

"Çünki manatın devalvasiyasından sonra qızılın qiymətlərində artmanın olacağı qaçılmaz idi. Çünki qızılın xaricdən ixrac olunduğunu, manatın isə qiymətinin aşağı düşdüyünü nəzərə alsaq, qiymətlərin qalxması qaçılmaz idi. Ancaq qızılın qiymətinin dollar ifadəsində aşağı düşməsi imkan verəcək ki, iş adamları daha ucuz qızıl idxal edə bilsinlər. Bu imkan verəcək ki, manat ifadəsində qızılın qiymətinin kəskin artmasının qarşısı alınsın", - deyə o əlavə edib.

Ekspert hesab edir ki, belə olan halda Azərbaycandakı qızıl bazarında inflyasiya getməyəcək.

"Dünya bazarında dollar ifadəsində qızılın qiymətinin azalması istehlakçılar üçün əlverişlidir. Bu imkan verəcək ki, istehlakçılar manat ifadəsində nisbətən daha ucuz qızıl əldə edə bilsinlər".

Teymur Hacıyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.