Bakı metrosu sərnişini hara göndərir? - QƏRİBƏ İSTİQAMƏTLƏR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Götürək, Bakı Metropoliteninin "Nəsimi" stansiyasını. Şəhərə istiqamətlərini göstərən lövhədə "Almalı" market, "Anar" şadlıq evi göstərilib. Halbuki, bu restoranla eyni istiqamətdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi yerləşir. Niyə bu idarə yox, məhz restoran? Dövlət əhəmiyyətli bir obyektdə özəl sahibkarlıq obyektinin təbliği (reklamı) nə dərəcədə düzgündür? Yoxsa metropoliten sərnişinləri yönləndirməklə bizlərin görə bilmədiyimiz qazanclar əldə etmək istəyir?Bakı metrosunun sərnişinlərinə göstərdiyi istiqamətlərə bəzən şübhə ilə yanaşmaq zorunda qalırsan. Metronun təyin etdiyi istiqamətlər, sanki, sərnişinlərinə yol göstərmək üçün deyil, onları məqsədli şəkildə istədikləri, daha doğrusu sərfəli yerlərə yönləndirməkdir.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Milli.Az-a açıqlamasında bildirdi ki, istiqamət kimi, əsasən, stansiyanın yaxınlığındakı məşhur yerlər götürülür. Başqa stansiyalarda universitet və küçə adları, polis idarələri yazılır. Stansiyanın yerləşdiyi yerdə hansısa market və ticarət obyekti məşhurdursa, istiqamət kimi götürülür. Əsasən, insanların tanıya biləcəyi yerlər istiqamət lövhəsində qeyd olunub.
Metropoliten rəsmisinin sözlərinə görə, istiqamət lövhələrində restoran, market adlarının olmasının reklam xarakterli olmasından söhbət gedə bilməz: "Həmin istiqamətlər çoxdan müəyyən olunmuş yerlərdir. Hazırda planda köhnə lövhələrin yenilənməsi var. Yeni lövhələr ingilis və Azərbaycan dilində olacaq. Hazırda bu istiqamətdə işlər gedir. Lövhələrin hamısı dəyişdiriləcək. Çalışırıq elektron tablolar olsun ki, müəyyən dəyişikliklər etmək olsun, daha çox informasiyalar verilsin. Hazırda tərəfdaş şirkətlərlə danışıqlar gedir".
Gülər
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
“Dünya TV” cərimələndi
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





