Millət vəkili: "Məmurlar, nazirlər küçələri təmizləsin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova deyib. Millət vəkili Bakının şaxtalı və qarlı qış günlərinə hazırlığından danışıb. Qeyd edib ki, qarlı günlərdə aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışmalıdırlar, qaz və işıq problemləri də yaranmamalıdır:"Bu soyuq qarlı qış günündə evimdə qaz çox zəif gəlir. Kondisioner qoşuruq. Kimin nəyə gücü çatır onunla evini qızdırır"
"Bakı meriyası nə qədər yaxşı işləsə də belə şaxtalı və qarlı hava şəraiti bizim üçün gözlənilməzdir. Moskvada hər kəs bilir ki, qışda qar yağacaq, bütün küçələr də buz bağlayacaq. Ona görə də həmin şəhərlərin bütün qurumları qışa hazırlıq işləri görürlər. Amma bizdə qışa hazılıq işləri görüb, qarın yağacanı da gözləmək düzgün deyil. Bəlkə qar yağacaq, bəlkə də yağmayacaq. Ona görə bizim həm kommunal təsərrüfatımız, həm də yollarımız və işıq sistemləri qışa o qədər hazırlıqlı olmurlar. Bizim qaz borusu və işıq sistemlərimiz cənuba uyğun tənzimlənib. Bura cənub ölkəsidir. Cənuba uyğun olaraq da hazırlıq işləri görülür. Moskva, başqa xarici şəhərlərə gedəndə görürük ki, bütün nəqliyyat vasitlərində qış şinlərindən istifadə olunur. Həmin xarici ölkələrdə payızdan etibarən qış şinlərindən istifadə olunur. Xarici ölkələr qarlı havaya öyrəşiblər.
Amma bizım camaat belə havalara öyrəşməyib. Bizim müvafiq qurumlarımız da qışa hazılıq işləri görməlidirlər. Ən azı işıqlar sönməməli, qaz fasilələrlə verilməməlidir. Cammat, onsuz da, evlərdə donur. Əksər evlərdə istilik sistemləri yoxdur. Başa düşməlidirlər ki, qarlı qış günlərində gücləndirilmiş iş rejimində işləməlidirlər. Qışa hazırlıq zəif aparılıdığı üçün həmin qurumlar vəzifələrinin öhdəsindən gələ bilmirlər. Soyuq qış günlərdində Avropa ölklərində çoxlu sayda insanlar itkin düşürlər. Amma bizdə min şükür belə hallar çox azdı".
Daha sonra millət vəkili ölkəmizdəki yolların buz bağlamasına münasibət bildirib. O qeyd edib ki, dövlət qulluğunda çalışan işçilər icra hakimiyyəti orqanları ilə birlikdə yolları təmizləməlidirlər:
"Yollarımız sabah buz bağlayacaq. Buzları sındırmaq lazımdır. Avropa ölkələrində hər işi şəhər kommunal təsərrüfat bölmələrinin öhdəsinə buraxmırlar. Həmin xarici ölkələrdə insanlar küçələrə çıxıb iməclik edirlər və hər kəs özünün, qonşusunun evinin qarşısını, yollar təmizləyir. Bakıda həmin ənənə yoxdur. Amma rayonlarımızda bu ənənə var. Avropa ölkələrində deputatlar, nazirlər, məmurlar, dövlət qulluqçuları qarlı və leysan yağışlı havalar zamanı küçələrə çıxırlar və insanlara kömək edirlər. Bakıda isə bu yoxdur. Yaxşı olardı ki, bizim də dövlət qulluğunda işləyən işçilərimiz, məmurlarımız, nazirlərimiz icra orqanları işçiləri ilə əl-ələ verərək küçələri təmizləsinlər".
Sonda isə millət vəkili qeyd edib ki, onların evlərində də qaz çox zəifdir: "Bu problemlər texniki məsələ ilə əlaqədardır. İnşallah bir neçə günə düzələr".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





