Cəmiyyət

Azərbaycanda əlillər üçün çoxmərtəbəli binaların inşası dayandırılır

27 Dekabr 2014 18:25
0 Şərh     Baxış: 2 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"2018-ci ilin sonuna qədər respublikamızda ev növbəsində dayanan əlillərin mənzillə təminatı məsələsi həll olunacaq. Ancaq gələn ildən etibarən əlillər üçün xüsusi çoxmərtəbəli binalar inşa olunmayacaq. Rayonlarda bu kateqoriyadan olan insanlar üçün fərdi mənzillər tikiləcək.

Respublikamızın iri şəhərlərində isə çoxmərtəbəli binalarda evlər alınaraq əlillərə təqdim olunacaq. Məqsəd əlillərlə digər insanların birgə yaşayışını təmin etməkdir".
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xidmət rəisi Çingiz Əliyev Samux rayonunda olarkən deyib:

"Cəmiyyətdə belə bir mənfi fikir formalaşıb. Məsələn, bir bina inşa olunur deyirlər ki, bu əlillərin binasıdır. Bu isə yaxşı hal deyil. Biz bu amili nəzərə alaraq əlillərin digər insanların birgə yaşayışını təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalanda əlilləri çox mərtəbəli binalarda evlə təmin edəcəyik. Ancaq həmin evlər satın alma yolu ilə alınaraq təqdim olunacaq. Digər rayonlarda isə fərdi yaşayış evləri inşa olunacaq. Bunun üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.