Cəmiyyət

Qız qalası və Şirvanşahlar Sarayına giriş on gün pulsuz olacaq

27 Dekabr 2014 16:56
0 Şərh     Baxış: 3 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabrın 27-dən yanvarın 5-dək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçiriləcək.

APA-nın məlumatına görə, 10 gün müddətində paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən muzey ekspozisiyalarla ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Muzeylərə sərbəst giriş kampaniyası "BP-Azərbaycan" şirkətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.