Cəmiyyət

Bakı meri FİFA hakiminin balkonunu sökdürdü

27 Dekabr 2014 13:42
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Xətai metrosu yaxınlığındakı binalardan artırma balkonların sökülməsinə göstəriş verib.

Milli.Az sportnet.az-a istinadən xəbər verir ki, söküntü işləri Respublika Perinatal Mərkəzinə (Doğum evi) bitişik binalarda aparılır.

Plana düşən balkonlar arasında futbol üzrə yeni beynəlxalq dərəcəli baş hakim Orxan Məmmədovun mənzilinə məxsus olanı da var.

Merin şəxsən göstərişi ilə aparılan söküntü işlərini mənzil sahiblərinin özlərinin yerinə yetirməsi istənilib.

Bu isə mənzil sahiblərinin xüsusi texnikadan istifadə etmədən işləri görməsinə səbəb olub. Bu proses bir neçə gündür davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.