Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mobitel-dən zəmanət fırıldağı - FOTO
15 Noyabr 2014 16:38
0 Şərh
Baxış: 5 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, "Nokia" telefonlarının Azərbaycanda rəsmi distribyutoru olan "Mobitel" şirkəti ilə bağlı bizimyol.info saytına şikayət daxil olub.
Saatlı rayonunda telefon satışı ilə məşğul olan sahibkar Sərvər Hüseynov bildirir ki, "Mobitel" şirkəti müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün müştərilərlə problemlər yaşayırlar:
"Mobil telefonları satış məqsədilə rəsmi distribyutor şirkəti olan "Mobitel" şirkətindən götürürük. Müqavilədə qeyd olunur ki, mobil telefonların zəmanətinə əsasən, xarab olduğu zaman 14 gün ərzində pulsuz təmir edilərək müştəriyə təqdim olunmalıdır. Satdığımız telefonların bəzilərində texniki problemlər yarandığı üçün müştərilər bizə təhvil veriblər və müqavilədə qeyd olunduğu kimi, 14 gün ərzində düzəldilərək geri verilməsini istəyiblər. Biz isə aidiyyatı üzrə telefenu zəmanət verən şirkətə "Mobitel"ə təhvil verən zaman bizə qəbul etmələri ilə bağlı qəbz veriblər. Lakin qəbzdə qeyd olunur ki, "ehtiyat hissələrinin sifarişi və difər səbəblərdən telefonun düzəldilməsi müddəti 14 gündən 2 ayadək uzana bilər. Halbuki müqavilədə konkret olaraq 14 gün müddəti göstərilib. Bu müddətin sonradan uzadılması isə müştərilərdə haqlı narazılığa səbəb olur və onlar bizdən telefonlarının düzəldilməsini, yaxud da əvəzində yeni telefonların verilməsini istəyirlər. Ötən ayın 7-də təmir üçün verilmiş mobil telefon hələ də qaytarılmayıb. Bildirirlər ki, ehtiyat hissə sifariş olunsa da, hələ gəlməyib. Müştəri isə deyir ki, zəmanət talonunda 14 gün müddət qeyd olunub, siz isə 2 aya da telefonu vermirsiniz". Sərvər Hüseynov vurğulayır ki, şirkətin müqavilə öhdəliklərinə əməl etməməsi onlara həm işgüzar, həm də maddi zərər vurur.
"Dəfələrlə olub ki, müştərilər telefonu aldıqdan qısa müdət sonra - məsələn, 3 gündən sonra xarab olub. Müştəri telefonu gətirərək, əvəzində yeni telefon istəyib. Biz də məcbur olaraq, həmin modeldə yeni telefon vermişik. Texniki nasazlıq olan telefonu isə yenidən şirkətə qaytarırırq, düzəldib qaytarsalar da, artıq o telefonu yeni cihaz qiymətinə satmaq mümkün deyil. Belə olan halda isə satıcı olaraq bizə ziyan dəyir" - deyən Sərvər Hüseynov qəzetimiz vasitəsilə aidiyyatı qurumları məsələni araşdıraraq tədbir görməyə çağırır.
Məsələ ilə bağlı "Mobitel" şirkətinin əməkdaşı Bizimyol.info saytına açıqlamasında bildirib ki, əvvəllər "Mobitel"in mobil cihazlarına zəmanət "MT Services" şirkəti tərəfindən verilirdi. "Hazırda isə zəmanətli telefonlarda yaranmış problemlə bağlı "Eskom"şirkəti məşğul olur. Əgər hər hansı bir texniki nasazlıqla bağlı problem varsa, həmin şirkətə müraciət olunmalıdır. Əgər həmin şirkət telefonu düzəldə bilməzsə, diller aktla "Mobitel"ə yaxınlaşaraq həmin modelin yenisini bizdən ala bilər" - deyən İ.Qədirov əlavə etdi ki, 14 gün müddəti barədə dillerlə bağlanmış müqavilədə deyil, zəmanət kartında qeyd edilib.
Şikayətçi isə bildirir ki, zəmanət talonunda nə "MT services", nə də "Eskom" şirkətini adı qeyd olunub. "Zəmanət talonu "Mobitel"in rəsmi loqosu ilə təqdim edilib və mobil cihaza zəmanət verildiyi bildirilir. Telefonu təmir üçün təqdim etdiyimiz zaman isə bizə "MT services"in qəbzi verilib. "Mobitel"in əvvəllər hansı şirkətlə, indi hansı şirkətlə zəmanət müqaviləsi bağladığı və ya işini hansı formada qurmasının nə müştəriyə, nə də mənə aidiyyatı yoxdur. Çünki telefonun üzərindəki zəmanət talonunda hansısa şirkətlərin deyil, məhz "Mobitel"in adı var. Bu səbəbdən də hesab edirəm ki, "Mobitel" zəmanət öhdəliyini yerinə yetirmir" - deyə S.Hüseynov vurğuladı.
Gec olduğu üçün rəsmi qurumların və aidiyyatı strukturların mövqeyini öyrənmək mümkün olmadı. Məsələ ilə bağlı araşdırmanı davam etdirəcəyik.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu