"Sovetski"də həyat yoxdur... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yasamal Rayon İcra Hakimiyyəti söküntü ilə bağlı "bizim yol"un sorğusunu cavablandırıb.Köçmək istəməyən vətəndaşların evlərinə zərər dəyib, kommunal xidmətlər dayandırılıb
"Sovetski"də həm söküntü, həm də elə bu proseslə birgə başlayan etirazlar davam edir. Bir-birinə yaxın yerləşən evlərdən birinin sökülməsi, digərində yaşayışın davam etməsi sakinləri çətin vəziyyətə salır.
Yerli icra hakimiyyəti tərəfindən ilkin mərhələdə söküntülərin aparıldığı Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev, Murtuza Muxtarov, Abdulla Şaiq və Zərgərpalan küçələrində nəqliyyatın hərəkəti çətinləşib.
Evini hökumətə satmayan sakinlər bildirirlər ki, söküntü prosesi başlayandan kommunal xidmətlərin verilməsində problem yaranıb: "Artıq "Sovetski"də həyat yoxdur. Kanalizasiya xətti yararsız vəziyyətdədir. Suyun, qazın verilməsində tez-tez problem yaşanır. Telefon xətti işləmir. Havalar soyuyur, burada yaşamaq dözülməzdir. Biz işgəncə çəkirik", - deyə Nəriman Nərimanov küçəsi 56 ünvanında yaşayan Natella Quliyeva bildirdi.
Bəşir Səfəroğlu dalan 1, ev 1 ünvanında yaşayan Hökumə Sultanova bildirir ki, onun qonşuluğunda olan mənzilin sökülməsi nəticəsində evi qəzalı duruma düşüb: "Evimin divarlarında çatlar yaranıb. Bizi məcbur edirlər ki, evimizi sataq. Evimizi satmağa razıyıq, amma elə miqdarda kompensasiya versinlər ki, biz mənzil ala bilək, çöldə qalmayaq. Azkvadratlı evlərin sahiblərinə 1500 manat deyil, daha artıq kompensasiya verilməlidir".
"Bizim Yol"un Yasamal rayon İcra Hakimiyyətinə ünvanlandığı sorğusuna icra başçısının birinci müavini Səməd İslamov cavab verib: "Bildiririk ki, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin həyata keçirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli 501 saylı sərəncamı ilə Bakı şəhərinin "Sovetski" adlanan ərazisinin köçürülməsi üçün qərar verilib. Söküntü zonasının sərhədləri və mərhələləri müəyyənləşdirilib.
Bununla əlaqədar Yasamal rayon İcra Hakimiyyəti başçısının 20.12.2013-cü il tarixli, 518 saylı sərəncamı ilə komissiya yaradılıb və müvafiq tapşırıqlar verilib. Hazırda yaradılmış işçi komissiyaları fəaliyyətini davam etdirərək ünvanlarda dəqiq ölçmə, sənədlərin toplanması və söküntü işləri aparılır.
Yasamal rayon İcra Hakimiyyəti bu sahədə böyük miqyaslı işlər görüb. Bu günə qədər 3400-dən yuxarı ünvanda ölçü işləri aparılıb. Artıq 2262 ünvanda yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri razılaşma protokoluna imza atıb, onlardan 2147 nəfəri alqı-satqı edərək öz vəsaitlərini götürüb və boşalmış 1763 ünvanda söküntü işləri aparılıb.
3 mart tarixində Dövlət Komissiyasının rəsmi mövqeyi və qoyulmuş suallara cavabları açıqlanıb. Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadrat metr sahəyə 1500 manat verilməsi şərti ilə aparılacağı bəyan edilib. Bundan sonra keçən dövr ərzində Yasamal rayon İcra Hakimiyyətinə öz evlərini qoyulan şərtlərlə satmaq istəyən ailələrdən 2300 ərizə daxil olub və müraciətlərin daxil olması davam edir".
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.










DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





