Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiyev yolçuluğu: bir qurtum çay - 3 dollar, seçki ərəfəsi və iki didərgin komandanın görüşü - FOTO
22 Oktyabr 2014 16:22
0 Şərh
Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"a dəstək qrupuna daxil olan 14 jurnalist sübh tezdən saat 5-də Tiflisdən "Ukrayna hava yolları"na aid "Boinq" markalı təyyarəyə minəndə bilmirdik ki, yerlərimizi tutandan cəmi 5 dəqiqə sonra "Azərbaycan hava yolları" şirkətini və onun müasir təyyarələrini, türkün sözü, özləyəcəyik.
Xidmət fərqi
Buna səbəb təyyarənin adi "İkarus" tipli avtobuslara bənzəməsiydi. Təyyarənin salonunda sərnişinə məlumat verilməsi üçün nəzərdə tutulan heç bir monitor yox idi. Heç darıxan sərnişinlər də başlarını qatmaq üçün audio və ya videopleyerlər tapa bilməzdilər.
Türkiyəyə tez-tez səfər edənlər danışır ki, orada şəhərlərarası marşrutda işləyən avtobuslarda (əsasən, "Metro" və "Koç" şirkətinə məxsus) sərnişinlər audiyazılara, videoyazılara qulaq asmaq, baxmaq, müxtəlif oyunlar oynamaq imkanına malikdirlər. Hətta bu avtobuslarda hər yarım saatdan biri sərnişinlərə isti və sərin içkilər, çərəzlər təklif edilir.
İndi işə baxın ki, Ukraynanın təyyarələri Türkiyənin avtobusları qədər komforta, xidmət səviyyəsinə malik deyil.
Bu uyğunsuzluq özünü göyün yeddinci qatında olanda bir daha göstərdi. Diyircəkli arabacıqlarda sərnişinlərə sərin və isti içki təklif edən stüardessalar əvəzində pul istəyirdilər. Hətta adi bir stəkan su da ödənişli idi. Dünyanın, demək olar ki, bütün ölkələrinin hava yolları şirkətləri bu cür xidmətləri bilet puluna daxil edirlər. Ukrayna təyyarəsində isə durum fərqli idi. Üstəlik, bahaçılıq əl yandırırdı. Adi bir stəkan çaya görə yol yoldaşlarımızın birindən 3 dollar aldılar. Başqa biri isə energetik içkiyə 10 dollar ödədi.
Hərarət fərqi
Tiflisdə olarkən adi pencəklə keçinə bilən, üşüməyən həmkarlarımız Borispol hava limanına enən kimi soyuğun nəfəsini hiss etdilər. Bayırda 8 dərəcə hərarət vardı. Adam danışarkən ağzından çıxan buğ havada görsənirdi. Belə şeylər bizdə yanvarda, fevralda olur. Yerli insanlar artıq bu havaya öyrəniblər və geyimlərini havaya uyğun seçirlər.
Təbliğat fərqi
Aeoroportdan qaldığımız otelə gəlincəyə qədər şüşə kimi hamar yolla şütüdük. Abadlıq və qızıl payız mənzərələri, əsasən də xəzəlləmiş meşə zolaqları göz oxşayırdı. Bir də hər şeydən çox adamın gözünə yol kənarında vurulmuş seçki plakatları girirdi.
Yaxın günlərdə Ukraynada növbəti parlament seçkiləri keçiriləcək və yolların kənarları seçkiyə qatılmış blok və partiyaların təşviqat materialları, şüarları ilə doludur. Onların sırasında tanıdığınız adamlar da çoxdur: Arseni Yasenyuk, Yuliya Timoşenko, Vitali Kliçko və başqaları. Namizədlərin hamısı Ukrayna xalqına rifah, dəyişiklik, əmin-amanlıq vəd edirlər. Hansı partiyanın iqtidar, hansının müxalifət düşərgəsinə aid olmasını təbliğat materiallarının yerləşdirilməsinə görə seçmək mümkün deyil. Daha dəqiqi, müxalifətin seçkiqabağı təbliğat plakatlarını kütləvi şəkildə cırıb-tökməyiblər.
Əsas fərq
Hazırda Ukrayna Avropanın ən qaynar nöqtəsidir. Ölkənin bir yarısı işğal olub, əməlli-başlı müharibə gedir. Ancaq bu, Kiyevin küçələrində hiss olunmur, yəni müharibə isterikası, ajiotajı yoxdur. Adamlar sakitcə iş-güclərinin dalınca gedir, həyatlarını yaşayırlar.
Yeganə eyniyyət
Yeri gəlmişkən, sabah keçiriləcək oyun elə öz şəhərindən didərgin düşmüş iki komandanın - Dnepropetrovskin "Dnepr" və Ağdamın "Qarabağ" komandaları arasında keçiriləcək. Bu gün nə "Dnepr" Dnepropetroskda qonaq qəbul edə bilir, nə də "Qarabağ" Ağdamda.
P.P.S. Qeyd edək ki, jurnalist qrupu Kiyevin mərkəzindəki "Dnepr" otelində yerləşiblər.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
XƏBƏR LENTİ
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik