Cəmiyyət

Qazaxın Ermənistanla sərhəd kəndləri suvarma suyu ilə təmin olundu

19 Oktyabr 2014 16:39
1 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qazaxın 4 kəndi su ilə təmin edildi

Türkel TV (TTV) xəbər verir ki, layihənin icrasina 2009-cu ildən başlanıb. Fərəhli və Abbasbəyli  kəndi Coğaz su anbarından 300-350 metr yüksəklikdə yerləşdiyi üçün Fərəhli kəndində 1000 kub metrlik su hovuzu inşa olunub. Coğaz su anbarından Fərəhlidəki hovuza suyu ötürmək üçün 4 nasos quraşdırılıb. Anbardan hovuza boru xətti çəkilib. Əlavə quraşdırılan 2 nasos isə Alpout və Ülkməzli kəndlərini suvarma suyu ilə təmin edir.

İş icraçısı Xəlil Xəlilov: "1000 kubluk hovuza su vurulub və 1000 hektar sahənin suvarılması nəzərdə tutulub. İnsanların özündən asılı olaraq taxıl da əkəcək, arpa da əkəcək, ot sahələri də olacaq, yonca sahələri də salacaqlar. Bu layihə bizim camaatın rifah halının yaxşılaşdırıması üçün nəzərdə tutulub".

Fərəhlidə tikilən hovuzun yaxınlığında sahələri suvarmaq üçün  bir vaxtlar da anbar olub. Lakin münaqişə başlayandan sonra anbardan istifadə mümkün olmadığından  Fərəhli və Abbasbəyli kəndlərinin sahələri dəmyə əraziyə çevrilib.  Ona görə də, burada yeni anbar inşa olunub və ərazilər nahamar olduğu üçün hovuzdan  sahələrə boru xətti çəkilib.

Kəndlərə suyun verilməsindən sonra sakinlər yaxın günlərdə təsərrüfat işləri görmək üçün şumlama və əkin  işinə başlayacaqlarını dedilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.