Azərbaycanda boşanmaların sayı artır. Hər il əvvəlki ilə nisbətən daha çox ailə dağılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə ölkəmizdə 86.852 evlənmə, 11.730 boşanma faktı qeydə alınıb. Statistika bunu göstərir ki, vətəndaşlarımız evlənməkdənsə, boşanmağa daha həvəsli yanaşırlar. Evlənmə və boşanma saylarının nisbətinə nəzər salsaq, vəziyyətin nə qədər təhlükəli olduğunu görərik. Son on ildə evlənmələrin boşanmalara nisbəti 8,4-dən 7,4-ə enib. Yəni əgər 2003-cü ildə evlənmələr boşanmalardan 8,4 dəfə çox idisə, ötən il 7,4 dəfə artıq olub.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, boşanmaların ən çox faizi evliliyin ilk 5 ili ərzində qeydə alınır. Yəni gənclərimiz ailə həyatının ilk 5 ili ərzində daha çox boşanma riskinə məruz qalırlar. Hətta bəzən hüquqi ədəbiyyatda bu müddəti "risk müddəti" də adlandırırlar. Səbəb budur ki, ailə quran tərəflər hələ bir-birini yaxşı tanımadıqları üçün, çox zaman onları birləşdirən övladın dünyaya gəlməsi gecikdiyi üçün daha asanlıqla ayrılmağa qərar verirlər. Əksinə, bir-birinin xasiyyətini daha yaxından öyrəndikdən, müəyyən çətinlikləri arxada qoyduqdan, oğul-uşaq sahibi olduqdan sonra tərəflər boşanma məsələsinə daha müdrikliklə yanaşırlar.
Bəs boşanmaların əsas səbəbləri nədən ibarətdir? Niyə ailələr, xüsusilə, gənclər tez-tez boşanırlar? Səbəbləri araşdırarkən, mühümlük dərəcəsinə görə əsasən, ağaşıdakılar üzərində durmağı lazım bilirik.
1. Tərəflərin bir-birini yaxşı tanımaması. Adətən, qızla oğlanın bir-birini tanımadığı, görmədiyi, xasiyyətinə bələd olmadığı, ailəsi ilə ünsiyyət qurmadığı zaman erkən boşanma halları geniş vüsət tapır. Məhz buna görə İslam dini naməhrəmlərin ünsiyyəti üzərində nə qədər məhdudiyytlər qoysa da, qızla oğlanın evlənməzdən qabaq bir-birini tanımalarına icazə verir. Şəriət çərçivəsində onların tanış olmalarının, gələcək ailə həyatını müzakirə etmələrinin, bir-birinin fikirləri, zövqü, dünyagörüşü, tələbləri barədə məlumat almalarının maneçiliyi yoxdur.
2. Məcburi evlilik. Dinimiz qızla oğlanın razılığı əleyhinə kəsilən kəbini etibarsız sayır. Peyğəmbərimiz özü bu qaydanı təcrübi olaraq həyata keçirərək, qızı Fatimə (ə) üçün gələn elçiləri onunla müzakirə edirdi. Fatimənin Həzrət Əli (ə) ilə evliliyi də məhz onun (Fatimənin) razılığı ilə həyata keçmişdi. Xalq arasında yayılmış göbəkkəsdi, beşikkəsdi kimi dəblərin dinimizdə heç bir əsası yoxdur. Ata öz qızı üzərində nə qədər ixtiyar sahibi olsa da, onu ərə verərkən mütləq razılığını soruşmalıdır.
3. Boşanmaya gətirib çıxaran səbəblərdən biri də tərəflərin erkən yaşda ailə qurmalarıdır. Doğrudur, dini mətnlərimizdə erkən evlilik təşviq edilir. Atalar sözümüzdə də deyilir ki, "yuxudan tez qalxan və tez evlənən peşman olmaz". Amma unutmayaq ki, bir çox tövsiyələr zamana, məkana, şəraitə uyğun olaraq dəyişə bilər. Keçmişdə istər qızların fizioloji və psixoloji durumu, istərsə də oğlanların iqtisadi vəziyyəti erkən gənclik yaşında ailə qurmağa imkan verirdi. Qız ailədə gördüyü tərbiyədən asılı olaraq, evlilik həyatına tez hazır olurdu. Oğlan da mövcud sosial şəraitlə bağlı daha erkən yaşlarında iqtisadi müstəqillik qazanır, ailəsini saxlaya biləcək maddi qazanca sahib olurdu. Təhsil, iş yeri və sairə ilə bağlı indiki qədər problemlər yox idi. İndi isə, həm oğlanların, həm də qızların istər psixoloji, istərsə də sosial cəhətdən yetkinləşməsi əvvəlki dövrlərə nisbətən xeyli gec baş verir. Adət-ənənədə oturuşmuş bəzi yazılmamış qanunlar da burada müəyyən qədər rol oynayır. Ailə qurarkən maddi təminat, yaşayış yeri, cehiz kimi tələblər kifayət qədər ciddi mahiyyət qazanıb.
Bəzən gənclər erkən yaşda öz hisslərinin davamlılığına arxayın olmadan evlənirlər. Bir müddətdən sonra isə öz tərəf-müqabilini bəyənmir, əslində tamam fərqli bir insanla yaşamaq istədiklərini anlayırlar. Oğlanın lazımi maddi bazaya malik olmadan evlənməsi nəticəsində bəzən yeni qurulmuş ailə, tərəflərdən birinin valideynindən maddi cəhətdən asılı olur. Bu da ailə daxilində söz-söhbətlərin yaranmasına şərait yaradır.
4. Ailə qurmazdan əvvəl ciddi düşünməmək. Bəzən oğlanla qız ailə məsuliyyətini dərk etmədən evlənirlər. Ailə qurduqdan sonra da özlərini subay kimi hiss edir, gənclik əyləncələrindən əl çəkmirlər. Bu, əsasən oğlanın (kişinin) davranışında özünü daha çox büruza verir. O, yenə də keçmiş dostları ilə vaxtını keçirməkdə davam edir, əvvəlki sevgisini unutmur, evliliyi məhdudiyyət və "zəncir" kimi qəbul edir, məişət problemlərini ciddiyə saymır, bəzən bu problemləri həll etmək üçün özündə mənəvi qüvvə tapa bilmir. Nəticədə, kişinin ailədən soyuması müşahidə olunur ki, bu da onun həyat yoldaşı tərəfindən diqqətdən kənar qalmır. Bunun qarşısını almaq üçün evlənən şəxslərdə ailə qurmazdan əvvəl məsuliyyət hissini artırmaq, evliliyin mümkün problemlərini onlara qabaqcadan başa salmaq, ailə həyatına hazır olub-olmadıqları barədə onları dərindən düşünməyə vadar etmək lazımdır.
islam.az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - AÇIQLAMA
- Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
- Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO
- Saxta pullarla insanları aldatma halları artır - VİDEO
- İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO
XƏBƏR LENTİ
- İbrahim "Gaddar"a vida etdi
- Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO
- Axtarışlar davam etdirilir - YENİ GÖRÜNTÜLƏR
- Ürəyi dərmansız gücləndirməyin yolu
- FHN İrana yardıma hazırdır: 40 xilasedici və 2 helikopter...
- Putin əmr verdi: Təbrizə böyük qrup yola düşür
- Bu yağlar qanı laxtalandırır
- Helikopter qəzası: Axtarış aparılan əraziyə qar yağır - VİDEO
- İranda helikopterin axtarışında “Akıncı” PUA-ları iştirak edir - Türkiyə Milli Müdafiə Nazirliyi
- Rusiyadan İrana: Xilasedici göndərməyə hazırıq!
- Moskvada inzibati bina yanır: 1200 kv.m sahə…
- Mayın ikinci yarısı ilə bağlı BÜRCLƏRƏ XƏBƏRDARLIQ
- Keşiş Baqrat “çıxdığı yerə” – Kirantsa qayıdası oldu
- Helikopterin qəzaya uğradığı yerin FOTOsu
- Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM
- SEPAH baş komandanı qəza yerinə gəldi
- Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
- Günün qoroskopu: Evdə qalın, kiçik ev işləri ilə məşğul olun
- Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
- Qəzaya uğrayan helikopterin dəqiq yeri müəyyən edildi
- İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur - YENİLƏNİB - VİDEO - FOTO
- Qısa müddətdə hazırlanan ən dadlı şokoladlı peçenye: Evdar qadınların SİRRİ
- İran xalqı Rəisi üçün bu cür dua edir - VİDEO - FOTOlar
- Rəisinin helikopterini axtaranların sayı artırıldı