Cəmiyyət

Bu gün imam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümüdür

2 Oktyabr 2014 19:16
0 Şərh     Baxış: 1 165
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bu gün, Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 7-si müsəlmanların 5-ci imamı - Məhəmməd Baqirin (ə) şəhadət günüdür.

İslam.az-ın məlumatına görə, imam Məhəmməd Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinədə dünyaya göz açıb. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoyublar. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini veriblər.

İmam Məhəmməd Baqirin (ə) imamlıq dövrü atası imam Səccadın (ə) şəhadətə yetişməsindən sonra təqribən 20 il davam edib.

İmam 114-cü Hicri-qəməri ili Zilhiccə ayının 7-də xəlifə Hişamın əmri ilə zəhərlənərək şəhid olub. İmam Bəqi qəbristanlığında, digər 3 imamın yanında torpağa tapşırılıb.

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.