Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikanın "Baker Hughes" şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar - FOTO
25 Sentyabr 2014 11:41
Baxış: 1 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikanın "Baker Hughes" şirkətinin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik Bakı Ali Neft Məktəbinin rektoru və rəhbər heyəti ilə görüşmüşdür. Görüş zamanı qonağı şirkətin universitetlərarası əlaqələr və işəgötürmə üzrə mütəxəssisi Yekaterina Mişşina və Azərbaycan nümayəndəliyinin bir sıra rəhbər əməkdaşı müşayiət etmişlər.
BANM-dən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsəd və başlıca hədəfləri, həmçinin tələbə qəbulu prosesinin nəticələri haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, qısa zaman müddətində fəaliyyət göstərməsinə baxmayaraq, ali məktəb kifayət qədər uğurlara nail ola bilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider ola bilmişdir. BANM-in əməkdaşlıq etdiyi beynəlxalq universitetlər və şirkətlər haqqında məlumat verən rektor ali məktəbin tələbələri üçün şirkətlərdə müxtəlif təlim və stajkeçmə imkanlarının yaradıldığını, bunun tədrisin praktik nöqteyi-nəzərdən təşkilinə mühüm töhfə verdiyini vurğulamışdır.
Şirkətin Azərbaycan, Gürcüstan və Rusiyanın Xəzər regionu üzrə direktoru Roy Vudvik onun neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərdiyini və ümumilikdə 58.000-dən çox işçiyə sahib olduğunu bildirmişdir. Eyni zamanda, Baker Hughes şirkətinin 11 texnoloji mərkəzə malik olduğunu və elm və texnologiya sahələrinə külli miqdarda investisiya yatırımı etdiyini vurğulamışdır.
İxtisaslı kadr axtarışında olduqlarını qeyd edən cənab Vudvik Baker Hughes şirkətində tələbələr üçün stajkeçmə proqramının həyata keçirildiyini bildirmiş və BANM tələbələrinin də bu proqramdan bəhrələnmələri arzusunda olduğunu ifadə etmişdir.
Qarşılıqlı əməkdaşlıq üçün potensial imkanların mövcud olduğunu ifadə edən tərəflər bunun üçün müvafiq hüquqi bazanın yaradılması barədə razılığa gəlmişdir.
Daha sonra şirkətin nümayəndələri tələbələr qarşısında prezentasiya ilə çıxış etmiş və interaktiv müzakirələr aparmışdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
“Dünya TV” cərimələndi
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama