Ən yaxşı müasir nağıl müsabiqəsi davam edir! - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lady.Day.Az-ın ən yaxşı müasir nağıl müsabiqəsi davam edir. Öz qəhrəmanını yarat və Nar Mobile!-dan mükafat al.
Redaksiyaya ən yaxşı nağıl və nağıl personajı müsabiqəsinə qatılmaq istəyən müəlliflərdən çoxlu məktublar gəlir.
Lady Day.Az əvvəl də xəbər vermişdi ki, Milli.Az saytı, "SS Production" reklam şirkəti ilə birlikdə Nar Mobile-ın sponsorluğu ilə müsabiqə elan edib. Əsas məqsəd Azərbaycanda müasir uşaq ədəbiyyatının təbliği və inkişafı, eyni zamanda yeni nağıl personajlarının yaradılmasıdır.
Birinci yeri qazanacaq şəxsə Nar Mobile-dan mükafat olaraq iPhone 5s, ikinci yerə iPad mini 16 GB, üçüncü yerə isə Samsung tablet mini, oxucu məmnunluğu mükafatının sahibi isə Nar modem + 6 ay İnternet təqdim olunacaq.
"SS Production" qaliblərin işlərinin daxil edildiyi illüstrasiyalı kitab nəşr edəcək.
Redaksiyaya və [email protected] elektron poçtuna öz güclərini sınamaq istəyən çoxlu sayda oxucunun məktubu daxil olub. Onlar müsabiqənin şərtləri ilə maraqlanırlar. Oxuculardan biri yazıb ki, artıq bir ilə yaxındır ki, belə bir layihə üzərində işləyir. Onun rus dilində illüstrasiyaları ilə birlikdə nağıl variantı var. Ancaq həcmi müsabiqənin şərtlərini bir qədər aşır.
Təşkilat komitəsi hesab edir ki, nağılı qısaltmağa ehtiyac yoxdur. Nağılı elə yazdığı kimi göndərmək gərəkdir. Münsiflər heyətinin üzvləri həmin materialla tanış olduqdan sonra öz tövsiyələrimizi yazacağıq. İllüstrasiya məsələsinə gəlincə isə, göndərilən nağıllara belə əlavələr yalnız alqışlanır.
Nağılları yuxarıda qeyd olunan elektron poçt ünvanına sentyabr ayının sonuna qədər göndərmək olar. Göndərilən bütün nağıllar Lady Day.Az saytında dərc olunacaq ki, tək nüfuzlu münsiflər heyəti deyil, həm də oxucular qiymət verə bilsinlər. Çünki oxucuların qiymətləndirdiyi müəlliflər də mükafat alacaqlar.
Təşkilat komitəsi nağılların hansı yaşda oxuculara şamil edilməsi barədə məhdudiyyət qoymayıb. Yalnız əsərin bədii dəyərinə önəm verilir.
Peşəkar münsiflər heyətinin sədri Qəşəm Nəcəfzadədir.
Üzvlər isə aşağıdakılardır:
Çingiz Abdullayev - xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının katibi
Zahid Xəlil - uşaq yazıçısı, professor
Gülzar İbrahimova - uşaq yazıçısı
İlyas Tapdıq - uşaq şairi.
Özünüzü sınayın! Körpələrin yeni qəhrəmanının müəllifi olmaq şansını əldən verməyin.
Müsabiqənin informasiya dəstəyi həmçinin Trend İnformasiya Agentliyinə məxsusdur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin



DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





