"Azərbaycan Silahlı Qüvvələrində korrupsiya hallarına yol vermiş 43 şəxs barəsində 30 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib".
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
X.Vəliyev qeyd edib ki, respublikanın hərbi prokurorluq orqanları 2014-cü ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 30 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.
Azərbaycan Prezidentinin rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır.
X.Vəliyev, həmçinin qeyd edib ki, hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 90,7 faizinin istintaq zamanı ödənilməsini təmin ediblər.
2014-cü ilin birinci yarısında hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət hadisələri aşkar edilərək qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.
Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 21 nəfər tapılıb istintaqa cəlb edilib.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Xanlar Vəliyev: "43 nəfər cinayət məsuliyyətinə cəlb edilib"
25 İyul 2014 16:03
0 Şərh
Baxış: 759

DİGƏR XƏBƏRLƏR
-
“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib - FOTO
-
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
-
Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur
-
Bu rayonda qaz olmayacaq
-
Prezident İlham Əliyev Trend BİA və Day.Az-ın bir qrup əməkdaşını təltif edib
-
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
XƏBƏR LENTİ
-
Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
-
Toyundan 3 gün sonra qızılları götürüb qaçan Hüseyn tapıldı - Qumarda 80 min manat uduzubmuş
-
“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib - FOTO
-
İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq – Qayıtmağa dəyərmi?
-
Bu ərazilərdə işıq olmayacaq
-
Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
-
Bülbül Vokal Məktəbi tələbə qəbulu elan edir
-
İki valyuta bahalaşdı, dollar isə...
-
Ayşənin son videosu üzə çıxdı - “Bir gün ölsəm, bu videonu..." - VİDEO
-
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
-
Tramp məzuniyyətini bu ölkədə keçirəcək
-
Geoloqlar gözlənilmədən qəribə mavi hovuz tapdı: Onun özəlliyi nədədir?
-
Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz
-
2025 üçün qorxulu ssenari - Yadplanetlilər, süni intellekt , III Dünya Müharibəsi...
-
Bağırsaq üçün ən yaxşı meyvə açıqlandı - Diabet riskini də azaldır
-
58 yaşında 4-cü dəfə evlənir - FOTO
-
Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ - Cinayətin DETALLARI
-
Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı - VİDEO
-
Son anda Türkiyəyə gəlməkdən imtina etdi - təyyarəyə minmədi - Nə baş verir? - FOTO
-
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
-
Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur
-
Rusiyada ard-arda güclü zəlzələlər oldu
-
Rusiya-Ukrayna danışıqları bu tarixdə baş tutacaq
-
Usikin qələbəsinə yoldaşından duyğusal mesaj: “Çempionum, qəhrəmanım!”