Bakı sakini yardım istəyir, məmurlar isə "inanmırıq" deyirlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsasən, şəhərin mərkəzində quraşdırılan parkomatlar sakinlər üçün rahatçılıqdan çox narahatçılıq gətirib. Bu, Milli.Az-a şikayət məktubu ünvanlayan oxucunun qənaətidir. O, maşınını şəxsi evinin qabağında saxlamaq üçün aylıq kart alıb, ancaq həmin kartı itirib və onu bərpa etmək üçün lazımi qurumla əlaqə yaratsa da, ona yardım edən olmayıb.Bakıda yeni quraşdırılmış parkomatlar günü-gündən insanların baş ağrısına çevrilməkdədir
Şikayətçi yazır:
"Parkomat quraşdırılmadan öncə mən maşını "Beşmərtəbə"də yerləşən binanın qarşısında saxlayırdım. Ancaq parkomatlar işə düşdükdən sonra sakinlər üçün aylıq 15 manat ödəməklə "Güzəştli kart" təqdim olunub, hansı ki həmin kart vasitəsi ilə sakinlər avtomobillərini öz evlərinin qarşısında saxlaya bilərlər.
Kartı aldıqdan bir neçə gün sonra onu itirdim, ancaq lazımi qurumlarla əlaqə saxlasam da, onlar mənə heç bir kömək olmadılar. "Güzəştli kart"ı yenidən almaq üçün ayın axırını gözləməyimi istədilər.
Bəs ayın axırınacan mən öz maşınımı necə və harada saxlayım ki, onu cərimə meydançasına aparmasınlar?"
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxladıq. Qurumdan Milli.Az-a bildirildi ki, bu cür hallar olub. Bir neçə dəfə isə sakinlər bu yolla onları aldadaraq yeni kart əldə ediblər. Köhnə kartı isə başqa bir maşına qoyaraq onları dolaşdırmağa çalışıblar.
"Həmin şəxs bir neçə gün öncə ofisə buyuraraq öz problemini bildirib. Biz ona köməyimizi on gün araşdırma apardıqdan sonra edə biləcəyimizi söylədik. Çünki ilk günlər də sakinlər yalan danışaraq kartlarını itirdiklərini söyləyirdilər və bir müddət sonra onun üz qabığında tarixi dəyişdirərək başqa bir maşına qoyurdular.
Buna görə də həmin hadisələrdən sonra biz məcburiyyət qarşısında qalaraq heç kəsə inanmırıq. Biz bir şərtlə sakinlərə yeni kart verə bilərik ki, əməkdaşlarımız 10 gün ərzində həmin kartı heç bir maşında tapmasınlar".
Ceyhun Ələkbərov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Müdafiə naziri Milli qəhrəmanlarımızın ailələlərinə medallar təqdim edib
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
Müdafiə naziri Milli qəhrəmanlarımızın ailələlərinə medallar təqdim edib
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı





