"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək".
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbaut xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada keçiriləcək: "İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2589 nəzarətçi-müəllim cəlb edilib.
İmtahanda 31326 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15562 abituriyent II qrup üzrə, 15764 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 28178 nəfəri (II qrup üzrə 13689 nəfər, III qrup üzrə 14489 nəfər) Azərbaycan bölməsinin, 3148 nəfəri (II qrup üzrə 1873 nəfər, III qrup üzrə 1275 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 13824 nəfəri (II qrup üzrə 9710 nəfər, III qrup üzrə 4114 nəfər) oğlanlar, 17502 nəfəri (II qrup üzrə 5852 nəfər, III qrup üzrə 11650 nəfər) isə qızlardır. 24 nəfər ali təhsil müəssisələrinin, 1620 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 158 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1990-cı ildən, ən gənci isə 1997-ci ildəndir.
Bakı şəhərində 13520, Naxçıvanda 1821, Gəncədə 3829, Sumqayıtda 1653, Mingəçevirdə 1544, Şəkidə 1986, Ağcabədidə 1229, Göyçayda 1452, Şirvanda 1186, Lənkəranda 1866, Xaçmazda isə 1240 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 12-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaqdır. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı bilindi
18 İyul 2014 12:55
0 Şərh
Baxış: 2 097

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
-
ABŞ-da yaşamaq istəyənlərin diqqətinə - Alternativ yollar açıqlandı
-
Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
-
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
-
MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTO
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
XƏBƏR LENTİ
-
Səyahət etməyə necə başlayaq?
-
Bu bürclərin karyerası inanılmaz dərəcədə DƏYİŞƏCƏK
-
Bu vərdişlər səssizcə beyninizə zərər verir
-
Dubay şokoladının tərkibində elə gizli maddə var ki...
-
Azərbaycanlı müğənnidən açıq-saçıq FOTOlar
-
Faydasını bilən yaşıl soğanın qoxusunu unudar
-
Gənc oğlanın başına torba keçirdi - QINANDI - VİDEO - FOTO
-
Az büdcə ilə necə bahalı görünmək olar?
-
Bu içkini rasiondan əskik etməyin: min dərdə dəva - dirilik suyu
-
“Uzak Şehir”də növbəti ayrılıq - FOTO
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
-
Türkiyədəki dəhşətli avtobus qəzasının ANBAAN görüntüsü
-
Tanınmış kriminal avtoritet saxlanıldı
-
Mehriban Əliyeva İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşıb - VİDEO
-
Ağır qəzada ölən iki qardaşın FOTOsu
-
Şahbaz Şərif: Biz bu qarşıdurmada qalib gəldik
-
Gəncədə ağır qəza - ölən var
-
"Oğluma müğənni qız alaram"
-
Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
-
“Rusiya bu təklifi nəzərdən keçirəcək” - Peskov
-
“Turan Tovuz” “Neftçi”yə məğlub oldu
-
Stiven Hokinqinin Yer Kürəsi ilə bağlı qorxulu proqnozu açıqlandı
-
Rəşad Sadıqov: "Onlar Azərbaycan futbolunun düşmənləridir"
-
Şəkidə ağır qəza - Xəsarət alanlar var - yenilənib - FOTO