Cəmiyyət

Kəlbəcərə getmiş azərbaycanlılar Ermənistanı qorxudub

17 İyul 2014 22:33
1 Şərh     Baxış: 2 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı hələ də vəziyyət qeyri-müəyyəndir. Azərbaycanın rəsmi qurumları bəyan edirlər ki, vətəndaşlarımız öz ərazimizdə olublar, heç bir dövlətin sərhədini pozmayıblar. Ermənistan hökuməti isə artıq təşviş içərisindədir və bir gün azərbaycanlıların durub Kəlbəcərə gedəcəyi qorxusunu yaşayır. Belə olmasaydı, Seyran Ohanyan Kəlbəcərə aparan bütün yolların minalanacağını deməzdi.

Milli.Az anspress-ə istinadən bildirir ki, geniş ictimaiyyət əsir götürülənlərin birinin gözünün çıxarıldığı, digərinin öldürüldüyü ilə bağlı xəbərlərin nə qədər həqiqəti əks etdirdiyini səhih və dəqiq məlumat yox, ancaq ayrı-ayrı informasiyaların hesabına müəyyənləşdirə bilir. Məsələn, bu gün Ermənistan hökümətinin iclasında müdafiə naziri Seyran Ohanyanın diversiya qrupunun hər üç üzvü həbs edilib - açıqlaması girovların sağ-salamat olması ehtimalını gücləndirir. Ohanyan onu da deyib ki, Kəlbəcərə gedən bütün mümkün yollar minalanacaq. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası da məlumatların daha çox sensasiya xarakteri almasından narahatlığını bildirib. Qurumun yaydığı bəyanatda deyilir ki, girov götürülmüş şəxslər Cenevrə Konvensiyasının himayəsi altındadır və onlarla davranış da həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır. Dövlət Komissiyası məsələyə kriminal və siyasi don geyindirilməsini beynəlxalq hüquq normalarına zidd sayıb.

Bu arada Rusiya Xarici İşlər Nazirliyindən də məsələnin araşdırılacağı bildirilib. Məlumat üçün deyək ki, Kəlbəcərdə girov götürülən azərbaycanlılardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və o, uzun müddətdir ki, Tümendə yaşayır. Dilqəm bir neçə dəfə doğulduğu Kəlbəcər rayon Şaplar kəndinə keçib və valideynlərinin qəbrini ziyarət edib. Digər iki nəfər isə Kəlbəcər rayonundan Şahbaz Quliyev və Cəbrayıl rayonundan Həsən Həsənovdur. Sonuncunun öldürüldüyü deyilir.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.