Cəmiyyət

Azərbaycanda məhkəmə hakiminin "qələmi qırıldı"

17 İyul 2014 19:59
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayon məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, bu barədə qərar Şuranın bu gün keçirilən iclasında verilib.
 

Məlumatda bildirilir ki, iclasda hakimlər barədə intizam icraatlarına baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax rayon məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, habelə yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiklərinə görə 6 digər hakim barədə intizam icraatı başlanılıb.
 

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni qanunvericilikdən irəli gələn məsələlər və bu sahədə Məhkəmə-Hüquq Şurasının vəzifələri müzakirə olunub, yeni normaların məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da güclənməsində mühüm rolu qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.